Türkiyədə “Azerbaycan rüzgarı” adlı veriliş efirə gedəcək
Türkiyənin "Bengü türk” televiziyasında "Azerbaycan rüzgarı” verilişi efirə gedəcək. Bu haqda verilişin müəllifi və aparıcısı Səidə Ömərova Adalet.az-a məlumat verib. Həftədə bir dəfə yayımlanacaq verilişin məqsədi Türkiyədə Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini yaşatmaq və tanıtmaqdır.
Səidə Ömərova bildirib ki, verilişdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixi ilə bağlı mövzulardan söhbət ediləcək: "Ümumiyyətlə, verilişdə türk dünyasının ortaq mövzuları müzakirə olunacaq. Verilişdə əsasən Azərbaycan şairlərinin şerləri, eləcə də Azərbaycan mahnıları səslənəcək. Həmçinin Azərbaycan Türkiyə qardaşlığına üstünlük verən sənət adamları qonağım olacaq”.
Qeyd edək ki, artıq verilişin çəkilişlərinə başlanılıb. Sentyabrın ilk həftəsində veriliş yeni mövsümdə efirə gedəcək. Verilişin ilk mövzusu Azərbaycan istiqlal fədaisi Əhməd Cavad olub.
Xatırladaq ki, Səidə Ömərova 22.08.1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin Kinorejissorluq fakültəsini qırmızı diplomla bitirib. Hal-hazırda İstanbul Universitetinin Rabitə fakültəsinin "Radio Televiziya Kino” bölümündə magistr təhsili alır. Eyni zamanda türk dünyası ilə bağlı tədbirlərdə Azərbaycan və Qaqauz rəqslərini ifa edir. İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD)Gənclər üzrə müdir yardımçısıdır. Dərnəkdə Azərbaycan milli rəqslərindən dərslər verir.
Digər Xəbərlər
27 Aprel 2024 16:23
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33Aktrisa: “İnanclara inanmıram”
26 Aprel 2024 13:03“CineMastercard”da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO
26 Aprel 2024 10:52Ağdam Cümə məscidində ilk Azan oxundu - VİDEO
24 Aprel 2024 11:24