Türkiyədə 417 nəfərin həbsinə qərar verildi
Türkiyənin Maliyyə Cinayətlərinin İstintaqı Təşkilatı (MASAK) və İstanbul Maliyyə Cinayətlərilə Mübarizə İdarəsinin apardığı istintaq çərçivəsində 417 nəfərin həbsinə dair qərar qəbul edilib.
Adalet.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi MASAK-a istinadən məlumat yayıb.
Qeyd olunur ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən Türkiyənin iqtisadi-maliyyə təhlükəsizliyini hədəf alan hərəkət və şəxslərə qarşı aparılan dindirilmələr nəticəsində ABŞ-da yaşayan iranlılara pul ötürdüyü aşkarlanan 417 nəfərin həbsinə qərar verilib. Həmin şəxslərin ölkə xaricindəki 28 min 88 bank hesabına ümumilikdə 2,5 milyard türk lirəsi (təqribən 420 milyon ABŞ dolları) pul köçürdüyü üzə çıxıb.
Prokurorluğun qərarının icra edilməsi üçün İstanbul polisi əməliyyata başlayaraq təqsirləndirilənlərin həbsinə başlayıb. Əməliyyatlar çərçivəsində artıq 216 nəfər saxlanılıb.
Digər Xəbərlər
04 May 2024 14:08
İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20