Türkiyədə 4 hərbçi şəhid oldu
Türkiyənin Hakkari vilayətində partlayış törədilib.
Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 hərbçi şəhid olub, daha 4-ü isə yaralanıb. Hadisə Yüksekova rayonunda patrul xidməti zamanı baş verib.
Hazırda partlayışı törədənlərin axtarışı və zərərsizləşdirilməsi üçün əməliyyat başlayıb.
Partlayışı PKK terror təşkilatının törətdiyi bildirilir.
Digər Xəbərlər
03 May 2024 16:26