adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Oktyabr 2014 18:11
5194
ƏDƏBİYYAT

Türkiyədə 2400 yaşlı şeir tapıldı

Türkiyənin Muğla şəhərində Kral Hekatomnosun anıtməzarı yaxınlığında üzərində dövrün hökmdarına şeir yazılmış daş lövhə tapılıb.Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 121 sətirlik şeirin təxminən2400 il tarixi var.

Şeirlər hökmdar Hekatomnosun şərəfinə yazılıb. Buradakralın qəhrəmanlığı, adil olması, səxavətliliyi tərənnüm olunur. Şeirlərinmüəllifi isə məlum deyil. Hazırda yazılar mütəxəssislər tərəfindən araşdırılır.

Kral Hekatomnos (hakimiyyətdə olduğu dövr e.ə 385-377-ölənəqədər) qədim Kariya dövlətinin hökmdarı olub. Həmin dövlətin daş qalıqları indiki Türkiyəərazisində yerləşir.