Türkiyədə 15 ilin rekordu - Uçot dərəcəsi artırıldı
Bu gün Türkiyə Mərkəzi Bankı uçot dərəcəsinin 24 faizədək yüksəldilməsi ilə bağlı qərar qəbul edib.
AzVision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu, son 15 ildə ən yüksək uçot dərəcəsidir. Ekspert əlavə edib ki, Türkiyədə uçot dərəcəsi 2009-2017-ci illər arası hətta bir rəqəmli səviyyədə qorunub saxlanılıb:
"Mərkəzi Bankın qərarından sonra lirə az da olsa dəyər qazana bilib. Belə ki, dünən 1 dollar almaq üçün 6.4 lirə ödəmək lazım idisə, hazırda bu göstərici 6.1-dək dəyişib. Uçot dərəcəsinin kəskin artımı lirəni qısa müddətli dövrdə qoruya bilər, orta və uzun müddətli dövrdə Türkiyə pulunu xilas etmək üçün isə həm iqtisadi, həm xarici siyasətdə dəyişikliklərin edilməsi vacibdir. Türkiyə ötən ili 67.7 milyard dollarlıq xarici ticarət defisiti ilə başa vurub. Aydındır ki, "İphone” telefonlarından imtina etməklə bu defisiti qapamaq mümkün deyil. Bunun üçün idxaldan asılılığın aradan qaldırılması istiqamətində islahatların genişləndirilməsi ilə yanaşı, həmçinin Qərb və xüsusən də ABŞ ilə münasibətlərin normallaşdırılması çox vacibdir. Əks halda uçot dərəcəsinin artırılması Türkiyənin valyuta bazarında sadəcə nisbi sakitlik yaradacaq".
Digər Xəbərlər
29 Aprel 2024 10:53
"Bu, satınalmalarla bağlı yeni qaydaların tətbiqilə bağlıdır" - Deputat
29 Aprel 2024 10:24Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VİDEO
29 Aprel 2024 09:52Bu günə olan valyuta məzənnələri
28 Aprel 2024 13:12Mikayıl Cabbarov şirkət prezidenti ilə birgə fəaliyyət imkanlarını müzakirə etdi
26 Aprel 2024 15:51