adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Oktyabr 2019 15:45
22698
DÜNYA

Türkiyə XİN: Bizim hərbi əməliyyatlar Suriyanın özünə xeyirdir

Türkiyə Silahlı Qüvvələrinin keçirəcəyi hərbi əməliyyatlar Suriyanın özünün xeyrinə olacaq.

Adalet.az-ın məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Suriyanın şimalındakı yeni antiterror əməliyyatları bu ölkəyə sülh və sabitlik gətirmək üçündür: "Türkiyə əvvəllər olduğu kimi Suriyanın ərazi bütövlüyünü dəstəkləyir”.

Nazir əlavə edib ki, Türkiyə regionu terrorçulardan təmizləyəcək.