adalet.az header logo
  • Bakı -°C
02 Sentyabr 2025 10:09
484
SİYASƏT
A- A+

Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışlayıb

Türkiyə Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərarı alqışlayıb.

Adalet.az xəbər verir ki, bu barədə nazirlik bəyanat yayıb.

Bildirilib ki, iki ölkənin ortaq səyi ilə reallaşan bu qərar Azərbaycan və Ermənistan arasında sülh prosesinin önəmli mərhələlərindən biridir. 

Qeyd edək ki, sentyabrın 1-də ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edib.