adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Noyabr 2018 10:33
5362
HADİSƏ

Türkiyə vətəndaşı gömrükdə narkotiklə tutuldu

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında, idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan Azərbaycana gələn, Türkiyə vətəndaşına məxsus "Mercedes-Benz" markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, yoxlamadan öncə vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan edilməmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olmadığını bildirsə də, baxış zamanı onun əynindəki qolsuz dəri gödəkçənin cibində, üzəri yapışqanlı lentlə bağlanmış kağız bükülüdə, təxmini çəkisi 10 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.