Türkiyə və Suriya XİN başçıları görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Suriya Ərəb Respublikasının xarici işlər naziri Əsəd Həsən Əl-Şaybani ilə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş Türkiyə-İordaniya-Suriya xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutub.
Görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.