adalet.az header logo
  • Bakı -°C
13 Yanvar 2025 19:23
359
DÜNYA
A- A+

Türkiyə Trampdan əsas gözləntisini açıqlayıb

Türkiyə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampdan əsas gözləntisini açıqlayıb.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ankaranın əsas gözləntisi Qəzzadakı müharibəyə son qoyulmasıdır: "Əlbəttə, biz həm də Rusiya-Ukrayna müharibəsinin bitməsini gözləyirik".

Ö.Çelik, həmçinin söyləyib ki, Türkiyə üçün ABŞ-dəki seçkilərdə Respublikaçıların, yaxud Demokratların qalib gəlməsinin elə də fərqi yox idi: "Biz hələ nəticələr açıqlanmazdan əvvəl onların hər ikisi ilə işləməyə hazır olduğumuzu bildirmişdik".

Qeyd edək ki, yanvarın 20-də Donald Trampın andişmə mərasimi keçiriləcək.