Türkiyə Superliqası: “Qalatasaray” “Beşiktaş”a məğlub olub
Türkiyə Superliqasının 29-cu turunda “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.
Adalet.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçmiş birinci hissədə komandalar hərəyə bir qolla fərqləniblər. Bundan başqa, “aslanlar”ın heyətində Frankovski qırmızı vərəqə alaraq meydandan qovulub.
İkinci hissədə təşəbbüsü ələ alan “ağ-qaralar” hesabda irəli çıxmağı bacarıblar. Gedson Fernandes komandasının qələbə qoluna imza atıb. Ümumi vaxta əlavə edilmiş 6-cı dəqiqədə meydan sahibləri də azlıqda qalsa da, bu “Cimbom”a kömək etməyib: “Beşiktaş” – 2, “Qalatasaray” – 1.
Belələliklə, 28 oyundan birinci pillədə qərarlaşan “Qalatasaray”ın aktivində 71 xal var. Komandanın ən yaxın təqibçisi “Fənərbağça” isə 27 oyuna 65 xal toplayıb. “Beşiktaş” 27 oyuna 47 xal qazanıb, “qara qartallar” dördüncü pillədədirlər.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

