adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Noyabr 2019 17:05
14419
GÜNDƏM

Türkiyə qaçdıqca qovurlar

Ermənilər uzun illərdi tarixdə heç zaman olmayan uydurma "soyqırımı"nı dünyanın gündəliyinə gətirərək, ondan siyasi məqsədlər üçün istifadə edirlər. İndiyədək bir sıra ölkələrin parlamentlərində deputatlar əl qaldırıb-endirməklə sözdə "soyqırımı"nın guya, 1915-ci ildə törədildiyi barədə sənədlər qəbul ediblər.

Erməni lobbisi və diasporunun məkrli siyasətinə uyan bir çox ölkələrin parlamentləri "erməni soyqırımı" ilə bağı müxtəlif sənədlər qəbul edib, bu əsassız iddiaları tanıyıblar.


15 aprel 2015-ci il tarixində Avropa Parlamenti də belə bir xain qərar qəbul etmişdi.

Bu üzdəniraq iddianı dəstəkləyən ölkələrin sayı 20-ni keçib.

İsveç parlamenti- 12 mart 2010-cu ildəkisəsvermə ilə 1915-ci hadisələrini "soyqırımı" olaraq tanıyıb. Avropa Birliyinə ayaq uydurmaq üçünkürdcə kurlar açıldı, kürdcə təhsil və yayıma icazə verildi, ilk kürdcə şeirkitabı çap edildi. Bu şeir kitabını yazan Aponun vəkili idi.

Uruquay- 1965, 2004, 2005-ci illər olmaqüzrə üç dəfə "erməni soyqırımı" iddialarını qəbul etdi.

Yunan Kipri- 1982-ci ildə "soyqırımı"iddialarını qəbul etdi.

Amerika Birləşmiş Ştatları- ABŞ-ın 40-dan çox ştatında"erməni soyqırımı"nın olduğu qəbul edilib. Əsasız"soyqırımı" tanıyan ştatlar: Alyaska, Arizona, Arkansas, Kaliforniya,Kolorado, Kentukki, Konnektikut, Delaver, Florida, Corciya, Cənub Karolina,Aydaho, İllinoys, Kanzas, Şimal Dakota, Şimal Karolina, Luiziana, Men,Merilend, Massaçusetts, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nevada,Nyu Hempşir, Nyu Cersi, Nyu Mexiko, Nyu York, Ohayo, Oklahoma, Oreqon,Pensilvanya, Rod Aylend, Tennessi, Yuta, Vaşinqton, Vermont, Virciniya,Viskonsin...

Argentina-"erməni soyqırımı"nı tanıma qanunu 1985-ci ildə qəbul edildi.

Rusiya- əvvəl1995-ci ilə, sonra da 2005-ci ildə "soyqırımı"na d air sənəd qəbul etdi.

Kanada- 1996,2000 və 2004-cü illərdə qondarmasənəd gündəmə çıxarılıb və hər üçündə də qəbul edildi.

Yunanıstan- 1996-cıildə "soyqırımı" tanıdı.

Livan-Livanda yaşayan erməni lobbisinin gərgin səyləri nəticəsində 1997-ci ildə və2000-ci ildə "soyqırımı" tanınıb.

Belçika-1998-ci ildə qondarma erməni soyqırımını tanıdı.

İtaliya-2000-ci ildə ermənilərin "soyqırımı"na uğradığını qəbul etdi.

Vatikan-İtaliya ilə eyni ildə, 2000-ci ildə əsassız iddianı tanıdı.

Fransa-1998-ci ildə "erməni soyqırımı"nı tanıyıb. Fransada sözdə"erməni soyqırımı"nı rədd etmək cinayət sayılır. Eyni gündə Orxan Pamuka "Nobel”mükafatı verildi. Tarixdə ilk dəfə rəsmi olaraq Kürdistan xəritəsi ortayaçıxdı. Romadakı NATO müdafiə kollecindəbrifinq verən amerikalı polkovnik Orta Şərqin xərtiəsini açdı, Türkiyəninyarısına Kürdistan yazılmışdı.

İsveçrə- "Soyqırımı" iddialarını2003-cü ildə qəbul etdi.

Slovakiya- 2004-cü ildə "ermənisoyqırımı"nı tanıdı.

Hollandiya- 2004-cü ildə erməniiddialarını qəbuledib. Avropa parlamenti erməni konqresinə ev sahibliyietdi, Leyla Zanaya "Saxarov” mükafatı verildi. CNN türkdə ilk dəfə kürdcə mahnıklipi yayımlandı.

Polşa- 2005-ci ildə qəbul etdi.

Almaniya- 2005-ci ildə qəbul etdi.

Venesuela- 2005-ci ildə qəbul etdi.

Litva- 2005-ci ildə qəbul edib.

Çili- 2007-ci ildə qəbul edib.

Birləşmiş Krallığa daxil olan Uels,Şotlandiya və Şimal İrlandiya-1915-ci il hadisələrini "soyqırımı" olaraq qəbul etdilər.

Almaniya- 2016-cı il iyunun 2-də saxta iddianı "soyqırımıolaraq tanıdı.

Və nəhayət...

2018 oktyabr...

İsrail parlamenti 1915 hadisələrini soyqırım olaraqtanımaq üçün məclisin gündəminə saldı. Pentaqonun2019 büdcəsinə Suriyada PYD/PKK-ya 65 minlik ordu yaradılması üçün ekstraqaynaq təmin edildi.

2019 oktyabr…

ABŞ prezidenti şəxsən özü etiraf etdi. "PKK-nıdəstəkləyirik, silah veririk, bizimlə birlikdə torpaqları üçün savaşırlar”dedi. Terrorist "general” elan edildi. Dünən gecə… təqvimdə başqa gün yoxmuşkimi tam 29 oktyabrda Cümhuriyyət bayramında ABŞ təmsilçilər məclisindəTürkiyəyə yönəlmiş ekonomik sanksiyalar qanunu qəbul edildi. Eyni dəqiqələrdəeyni ABŞ təmsilçilər məclisində "soyqırım” sözdə tanındı.




Məlumatlar Yılmaz Özdilin məqaləsindən götürülüb