Belarus Ağdamda qəsəbə salacaq
Belarus Qarabağda 420 ailə üçün qəsəbə tikmək niyyətindədir.
Adalet.az "BelTA"ya istinadən xəbər verir ki, bu barədə Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç Şuşada açıqlayıb.
O, Belarusla Azərbaycanın bir neçə ildir tikinti sahəsində əməkdaşlıq etdiyini vurğulayıb: "İndi biz yeni ciddi addım barədə razılığa gəldik, Kənd Təsərrüfatı Nazirliyindən olan həmkarlarımızla birgə konkret qəsəbə planlaşdırdıq, çünki burada insanları təkcə münasib mənzillərlə deyil, həm də onların işləmək üçün münasib yerlərlə təmin etmək çox vacibdir".
Kiçik şəhərcik Ağdam rayonunda salınacaq. Memarlıq məsələsində Belarus rəngi hiss olunacaq.
Digər Xəbərlər
16 Mart 2026 18:00
Hikmət Hacıyevdən Azıx mağarası ilə bağlı PAYLAŞIM
16 Mart 2026 17:54
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
16 Mart 2026 17:24
Samir Nuriyev Xocavəndin Quzeyxırman kəndindəki işlərlə tanış oldu - FOTOLAR
16 Mart 2026 17:07


Bakı -°C

