Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirdi: 8 İŞİD terrorçusu öldürüldü

Türkiyə Milli Kəşfiyyat İdarəsi Suriyada İŞİD terrorçularına qarşı əməliyyat keçirib.
Adalet.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha əvvəl Türkiyə vətəndaşı Binali Aslanın avtomobilini kirayələyəndən sonra onu öldürən 14 nəfərlik qrupun Suriyanın İdlib bölgəsinə qaçdığı müəyyən olunub.
"Suriya Daxili Təhlükəsizlik Xidməti ilə koordinasiyalı şəkildə həmin ünvana keçirilən əməliyyatda "təslim ol" çağırışlarına atəşlə cavab verilməsi nəticəsində baş verən atışmada şübhəlilərdən 8-i ölü, 2-si yaralı, 4-ü isə sağ olaraq ələ keçirilib", - məlumatda qeyd olunub.
O da bildirilib ki, əməliyyat Milli Kəşfiyyat Təşkilatının, Daxili İşlər Nazirliyi Kəşfiyyat Baş İdarəsinin və Terrorla Mübarizə İdarəsinin koordinasiyalı fəaliyyəti ilə keçirilib. Sağ qalan şübhəlilərin Türkiyəyə təhvil verildiyi vurğulanıb.
Digər Xəbərlər

Tramp: Qəzza danışıqları son mərhələdədir

Çində dünyanın ən hündür körpüsü

II Qareginin qardaşı "qara siyahı"ya salındı

Qəzzada ölənlərin sayı 66 mini keçib

"Politico": Ukrayna ABŞ ilə 90 milyard dollarlıq silah müqaviləsi bağlamaq istəyir

Lukaşenko NATO-nu hədələdi: Dərhal cavab veriləcək

Ərdoğanla Tramp arasında görüş çox yaxşı keçib - Cevdet Yılmaz
