Türkiyə Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə martın 24-də Beştəpədə Nazirlər Kabinetinin toplantısında Hörmüz boğazı və enerji bazarına dair məsələlər də müzakirə olunacaq.
Adalet.az "Hurriyet.com"-a istinadən xəbər verir ki, toplantının gündəliyində Yaxın Şərqdəki müharibənin gedişatı və onun Türkiyəyə təsirləri mövzusu da yer alıb.
Məlumata görə, hökumətin iclasında İrandan atılan Türkiyənin hava məkanına yönələn raketlərə qarşı görülən tədbirlər qiymətləndiriləcək.
Toplantıda həmçinin mövcud müdafiə infrastrukturunun nəzərdən keçirilməsi, əlavə tədbirlərin zəruriliyinin də müzakirə ediləcəyi gözlənilir.
Eyni zamanda, Hörmüz boğazına dair vəziyyət, onun bağlanması ehtimalının qlobal enerji tədarükünə təsirləri qiymətləndiriləcək.
Artan neft qiymətlərinin daxili bazara təsirləri ilə qiymət sabitliyinin qorunmasına yönəlik atıla biləcək əlavə addımlar da müzakirə ediləcək.
Digər Xəbərlər
24 Mart 2026 14:09
Alen Simonyan: Ermənistanın qonşularına qarşı ərazi iddiaları olmamalıdır
24 Mart 2026 14:05
Xamenei razılıq verdi
24 Mart 2026 13:00
Rusiya Ukraynaya kütləvi hava zərbələri endirdi - Ölənlər və xəsarət alanlar var
24 Mart 2026 10:59


Bakı -°C

