“Türkiyə daha bir uğursuzluğa dözə bilməz” - Çavuşoğlu
"Boş danışıqlar naminə Kipr məsələsinin tənzimlənməsi ilə bağlı danışıqlara başlamağın heç bir mənası yoxdur"
Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri (XİN) Mövlud Çavuşoğlu deyib. XİN rəhbəri bildirib ki, qarşı tərəflə nəticəyə hesablanmış danışıqlar aparmaq lazımdır:
"Kiprdəki vəziyyəti həll etmək üçün biz elə danışıqlar aparmalıyıq ki, nəticə versin. Daha bir uğursuzluğa Türkiyə və Kipr tərəfi dözə bilməz. Boş danışıqlar xatirinə görüş keçirməyin mənası yoxdur. Danışıqlar müəyyən olunmuş çərçivədə keçirilməlidir".
Qeyd edək ki, Kipr 1974-cü ildən etibarən Yunanıstan və Türkiyə arasında faktiki olaraq bölünüb. Kiprin yenidən birləşməsi ilə bağlı danışıqlar BMT-nin vasitəçiliyi ilə aparılır. Lakin 2017-ci ildə növbəti mərhələnin uğursuzluğundan sonra danışıqların nə vaxt davam edəcəyi bilinmir.(azvision.az)
Digər Xəbərlər
29 Aprel 2024 15:36
Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi
29 Aprel 2024 15:35İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
29 Aprel 2024 15:05Ceyhun Bayramov Qətərə getdi
29 Aprel 2024 14:49Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub
29 Aprel 2024 14:39