"Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar
Türkiyə Azərbaycandakı yataqlarda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkənin televiziya kanallarından birinin efirində bildirib.
Nazir qeyd edib ki, hazırda Türkiyə “Azəri – Çıraq – Günəşli” neft-qaz yataqları blokunun işlənməsində iştirak edir və “Şahdəniz” yatağında fəaliyyət göstərir.
“Ankara enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması sahəsində də Bakı ilə uğurlu əməkdaşlıq edir”, - deyə A.Bayraktar bildirib. O, buna nümunə olaraq iyunun 1-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), Türkiyənin BOTAŞ dövlət şirkətinin, “TotalEnergies”in və Əbu-Dabinin milli neft şirkəti olan ADNOC-un iştirakı ilə sazişin imzalanmasını göstərib.
Nazir xatırladıb ki, əldə olunan razılaşmaya əsasən, Azərbaycan 2029-cu ildən başlayaraq 15 il ərzində Türkiyəyə ümumilikdə 33 milyard kubmetr qaz tədarük edəcək.
Onun sözlərinə görə, Türkiyənin xaricdə energetika sektoruna yatırdığı investisiyalar yalnız neft və təbii qaz hasilatının artırılmasına deyil, həmçinin texniki biliklərin və texnologiyaların ötürülməsinə, investisiya qoyuluşuna və istehsal güclərinin beynəlxalq bazarlara çıxarılmasına yönəlib.
“Türkiyə İraqdan başlayaraq Somali, Liviya, Oman, Azərbaycan və Macarıstanadək geniş coğrafi ərazidə möhkəm tərəfdaşlıq əlaqələrinə malik olmaqla enerji bazarında fəal və nüfuzlu ölkəyə çevrilir. Türkiyənin enerji strategiyası xaricdəki möhkəm tərəfdaşlıq əlaqələri sayəsində inkişaf edir”, - deyə nazir vurğulayıb.
Digər Xəbərlər
09 Avqust 2026 01:00
Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz
09 Avqust 2026 00:42
Co Baydenin səhhəti pisləşdi
09 Avqust 2026 00:26
Zelenski: “Ukrayna Donbası tərk edən deyil”
09 Avqust 2026 00:14
İspaniyadan yeni qərar - Sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq
08 Avqust 2026 22:54
Türkiyə XİN rəhbərindən Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı AÇIQLAMA
08 Avqust 2026 21:12
"Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır" - Stiv Uitkoff
08 Avqust 2026 19:20
ABŞ-nin dövlət katibindən Azərbaycanla bağlı AÇIQLAMA
08 Avqust 2026 18:42


Bakı -°C

