Paşinyan Trampla danışdı - TRIPP və sülh prosesi müzakirə edildi
Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Adalet.az Ermənistan mediasına istinadən xəbər verir ki, söhbət zamanı Ermənistan-Azərbaycan sülh prosesi və Vaşinqtonda əldə olunan razılaşmalar ətrafında fikir mübadiləsi aparılıb.
Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülh prosesinə göstərdiyi dəstəyə, xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Sammitinin təşkilinə görə Donald Trampa təşəkkür edib. Ermənistanın Baş naziri, həmçinin Trampın Ermənistan və Azərbaycan liderləri tərəfindən qəbul edilən Sülh Bəyannaməsini şahid qismində imzalamasını yüksək qiymətləndirib.
Paşinyan iki ölkə arasında sülhün əldə olunmasında Donald Trampın şəxsi səylərinin həlledici əhəmiyyət daşıdığını vurğulayıb.
Tərəflər Vaşinqton razılaşmalarının Ermənistan və Azərbaycan arasında xalqların gündəlik həyatında hiss ediləcək real sülhün təmin olunmasına töhfə verdiyini bildiriblər.
Telefon danışığı zamanı “TRIPP” layihəsinin icrası ilə bağlı cari vəziyyət də müzakirə olunub. Paşinyan və Tramp yaxın gələcəkdə layihə çərçivəsində infrastrukturun tikintisinə başlanılması istiqamətində fəaliyyət göstərmək əzmində olduqlarını təsdiqləyiblər.
Söhbət zamanı Ermənistan-ABŞ ikitərəfli münasibətləri, eləcə də beynəlxalq gündəmin digər aktual məsələləri barədə fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
13 Sentyabr 2026 13:23
ABŞ müharibə etmək istəyirsə... - Pezeşkian
13 Sentyabr 2026 11:15
İran və Oman Hörmüzdə kritik razılığa gəldi - Açıqlanacaq
13 Sentyabr 2026 11:06
“Miqrantları silah gücü ilə deportasiya edəcəyik” - Qalmaqallı açıqlaması gündəm oldu
13 Sentyabr 2026 10:30
Kralın dəfnindən iki gün sonra bacısı vəfat etdi
12 Sentyabr 2026 18:00
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
12 Sentyabr 2026 16:55
Yəmənin ordusu Moxa rayonunda husilərə zərbələr endirib
12 Sentyabr 2026 15:46
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
12 Sentyabr 2026 15:33


Bakı -°C

