Türkiyə Avropa Liqası və Konfrans Liqasının final oyunlarına ev sahibliyi edəcək

Türkiyə UEFA Avropa Liqası və Konfrans Liqasının final oyunlarına ev sahibliyi edəcək.
Adalet.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsinin üzvü Sərvət Yardımcı məlumat verib. O bildirib ki, 2026-cı ildə Avropa Liqasının, 2027-ci ildə isə Konfrans Liqasının həlledici görüşləri İstanbul şəhərində keçiriləcək.
Artıq Avropa Liqasının final qarşılaşmasının baş tutacağı arena bəlli olub. Bu, ”Beşiktaş”ın ev oyunlarını keçirdiyi “Tüpraş” stadionu olacaq. Konfrans Liqasının həlledici matçının reallaşacağı stadion isə daha sonra müəyyənləşəcək.
Qeyd edək ki, ötən il İstanbul şəhərində yerləşən “Atatürk” Olimpiya Stadionu Çempionlar Liqasında İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında baş tutmuş final görüşünü qəbul edib.
Digər Xəbərlər

"Sabah" "Zirə"yə qalib gəldi

Millimiz heç-heçə etdi

Bəhmənlinin futbol stadionu...

“Atletik” taktiki baxımdan güclüdür” - Qurban Qurbanov

2025-ci ilin ən çox gəlir əldə edən futbolçusu oldu

Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək

UEFA Qazaxıstan Futbol Federasiyasını cəzalandırdı
