Türkiyə 60 mindən çox vətəndaşını təxliyə edib
Türkiyə koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar 60 mindən çox vətəndaşını təxliyə edib.
Adalet.az-ın məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" səhifəsində yazıb.
M.Çavuşoğlu bildirib: "Bu günə qədər 60 mindən çox vətəndaşımız təxliyə edilib. Türkiyədə yaşayan 20 minə yaxın insanın ölkələrinə qayıtmasını təmin edə bildik, 57 ölkəyə tibbi avadanlıqlar verdik".
Qeyd edək ki, Türkiyədə son 24 saat ərzində daha 106 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. Ölkədə 2 861 yeni yoluxma halı qeydə alınıb.
Digər Xəbərlər
28 Aprel 2024 22:10
İraq eynicinsli münasibətlərə görə nəzərdə tutulan qanunu qəbul etdi
28 Aprel 2024 21:46Minə yaxın Tacikistan vətəndaşı Moskva hava limanlarında çətin vəziyyətdə qaldı
28 Aprel 2024 21:20Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
28 Aprel 2024 20:57Tiflisdə müxalifət yenidən mitinq keçirir
28 Aprel 2024 20:44