adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 May 2022 14:01
1170
ŞOU-BİZNES

Türkanın ifası yenə hədəfdə: Sevda Ələkbərzadə “bayağıdan da aşağı “,Tünzalə Ağayeva “faciə” dedi...

Hələ bir iki il əvvəl ARB telekalında yaymlanan "Səhər-səhər" verilişinin qonağı olan müğənni Türkan Vəlizadə ilə aparıcı Əli Mirəliyev arasında qalmaqal yaşandı, dava düşdü. Əli Mirəliyev müğənni Zenfira İbrahimova ilə Türkanın ifasını müqayisə etdi və Zenfiranı ondan üstün tutdu. Bu da Türkan Vəlizadənin xoşuna gəlmədi. Gənc müğənni əsəbiləşərək studiyanı tərk edi.

Bu dəfə müğənninin mahnısını tənqid etdilər.

Adalet.az xəbər verir ki, Xalq artisti Tünzalə Ağayeva "Şourum"da Türkan Vəlizadənin ifasını tənqid edib və deyib ki, bu, sənət əsəri ola bilməz. Xalq artisti bildirib ki, potensialı olan insanlar yanlış musiqiyə gedir:” Mənə deyə bilər, bilmirsiniz, mənim izləyicim bunu istəyir, bazarım bu musiqidədir. Bu səbəbləri hər gün eşidirəm, faciəvi reallıqdır”.

 

Mən publikanın diktə etdiyini edə bilmərəm deyən Ağayeva Türkana məsləhət verməyi də unutmayıb:” Hamı nəsə çəkir TikTok-da məşhur olur. Mətbəxin, hamamın hamamlığı qalmayıb. Hamı nəsə çəkir və məşhur olur. Belə gənclərin başının üstündə yaxşı musiqi prodüseri olmalıdır. Bazarı onlar istiqamətləndirilməlidir. Mən publikanın diqtə etdiyini etməli deyiləm. Onunki musiqi prodüseri deyil, alverçidir. Burger hazırlayır və yeyir. 45 yaşım var, 22 ildir müasir musiqidə töhvəsi və tamaşaçısı olan biriyəm. Gecələr vicdanlı yatıram. Üzülürəm gözəl səsi olanlar yanlış yollara gedir. Elə insanların mənim kimi insana ehtiyacı var, gəlsin".

Qeyd edək ki, bir neçə il əvvəl əməkdar artist Sevda Ələkbərzadə küçədə səsləndirilən mahnıya əsəbləşmişdi. Həmin an lentə aldığı görüntünü müğənni “Instagram”hesabında paylaşaraq bu sözləri yazmışdı:

“İçərişəhərdəki musiqiyə baxın Novruz bayramında. Bu, bayağı da deyil, ondan aşağıdır. Bununla kim məşğul olur, görəsən?” – deyəSevda bildirmişdi.

Paylaşılan videodan məlum olmuşdi ki, İçərişəhərdə baş tutan konsertdə “bayağıdan da aşağı “ olan “Ağlıma bir ad gəlir” mahnısını ifa edən Türkan Vəlizadə olub. susmayıb.

P.S. Türkan Vəlizadə susursa, deməli deyilənlərlə razıdır. Yox əgər Xalq artisti Tünzalə Ağayevanın ittihamını cavablandırarsa, o zaman yeni bir qalmaqal qaçılmaz olacaq

Əntiqə Rəşid