adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 May 2020 09:44
45532
ƏDƏBİYYAT

Türk ilahəsi - Azad Müzəffərli yazır

(hekayə)

Türkiyə prezidenti Azərbaycandasəfərdəydi. Paytaxtda gəzintiyə çıxmışdı. Hər addımda doğmacasına qarşılanırdı.O da hamını qəlbən salamlayır, sıx ünsiyyət qururdu. Dənizkənarı xiyabanda iynəatsaydın yerə düşməzdi. Xəzri kölgəyə çəkildiyindən havada ürəkaçandı.

Şıq geyimli balaca Humay da nənəsi və anasıyla birgə bulvarın həzziniçıxarırdı. Bu adı ona təsadüfən verməmişdilər. Oğuz türklərinin qan yaddaşındandünyaya gəlmişdi. Anadangəlmə şahzadəydi, xoşbəxtlik müjdəçisi. Nəsildən-nəsiləötürülən deyimlərə görə həqiqətən zatı olan kökdən idi. Evdəkilər onu "cənnət məlaikəsi”deyə çağırırdılar. Hamı onu qədim inanclardakı kimi xoşbəxtlik, səadət vəfiravanlıq rəmzi sanırdı. İsimi qədim türklərin özlərinin tanrıları bildikləriUmay, Humay, Hüma, əcnəbi dillərdə Feniks kimi səslənən mifik quşun adındangötülmüşdü. Deyilənə görə, qədim zamanlarda həmin quş kimin çiyninə qonardısa vəya kölgəsi kimin üzərinə düşərdisə, məhz həmən kəsi şah elan edərmişlər. Humaytürklərin bu adla bağlı rəvayətlərində söyləndiyi təkin iri gözlü, təbiət qədərəsrarəngiz üz cizgilərinə malik qızdı. Əsilzadəlik, xanımlıq üçcə yaşı yenicətamam olan bu qızın qanındaydı. Balaca canıynan işvə, naz satmaqda tayı-bərabəriyoxdu. Həlim, ürəyəyatımlı danışığı vardı, səsi də özü kimi gözəldi. Aradazümzümə də edərdi. İnanılası gəlməsə də, kimsəyə aman verməzdi, paltarlarını daözü geyinər, yeməyini də özü yeyərdi. "Özüm, özüm...” deməkdən yorulmazdı. Birsözlə, nəsillərinin gözünün nuru, qəlbinin yaraşığıydı.




Türkiyə prezidenti onların yaxınlığından ötəndə Humay nənəsi və anası ilə çaysüfrəsi arxasında əyləşmişdi. Qardaş ölkənin dövlət başçısını da birinci ogördü, televizordan tanıyırdı. Elə həmin andaca "Azəybaycan, Tüykiyə...” deyə səsinibaşına atdı. Eşitdiyindən sanki qanad açan prezident tələm-tələsik onlara sarıyön aldı. İlk baxışdan bəlliyidi, uşağa qanı qaynadı. Balaca da canıynan,qanıynan türk balasıydı ki, türk balası. Humay Ankara doğumlu Azərbaycan türküidi. Atası Hacəttəpə Universitetində doktoranturada təhsil aldığından oradayaşayırdılar. Tətil vaxtıydı deyə Bakıya doğmalarına dəyməyə gəlmişdilər.

-Sağ ol balaca, halal olsun, tarix bizi ayrı salsada, biz eyni millətik...

-Bu həqiqətən belədir, bizim üçün Azərbaycan vəTürkiyə eyni dərəcədə doğmadır, bizi kimsə ayıra bilməz! - deyə ətrafdan sədalarucaldı. Baş verənləri körpə fəhmiylə anındaca tutan Humay səsini bir az daucaltdı; "Azəybaycan, Tüykiyə mənim üyəyimdi!”

-Can, bəs, bu şahzadə xanımın adı nədir? - deyəprezident körpəni var gücüylə bağrına basdı.

-Humay...

-Hə, nə gözəl addı, bu ki, biz türklərin ilahəmizdi...Adı ilə böyüsün...

-Var olun, yaşasın müstəqil Türkiyə və Azərbaycan!!!- Alqış sədaları yenidən ucaldı.

Xoşbəxtliyin ərşəbülənd olduğu bu dəmdə balaca Humay prezidentə səsləndi:

- Sən biliysən, mənimçoxlu oyuncaqlayım vay; beş dənə Baybim, başqa kuklayayım, qablayım,qaşıqlayım, fincanlayım, itim – adı Toplandı... Qışda Şaxta baba da mənə hədiyyələyveymişdi...

- Ay can, sən nə bildin ki, mən də sənə oyuncaqlargətirmişəm, ey dünya gözəli, şahzadələr şahzadəsi... – deyən Türkiyə prezidentiköməkçilərinə göz-qaşla hədiyyələri gətirməyi işarə elədi. Dünya görmüşkişiydi, əvvəlcədən qarşısına çıxacaq körpələri də unutmamışdı, hazırlıqlı gəlmişdi.

Bir qucaq oyuncaq sovqatını sinəsinə bərk-bərk sıxan Humay "Çox sağ ol” deməyidə unutmadı. Ağlı iynə ucu boyda kəsəndən beləydi, nəzakət dağarcığıydı.Sevinci yığıb-yığışdırmaqla qurtaran deyildi. Balacalar üçün oyuncaqlardan dəyərlinə ola bilər ki... Handa-handa, yəqinki, nənə-babası...

Körpə, eləcə də, ətrafdakılarla doğmacasına sağollaşan prezident təzəcəaralanmışdı ki, qəfil nəsə yadına düşən və əlindəki oyuncaqları tələm-tələsikanasına və nənəsinə uzadan Humay "Baba, baba...” qışqıraraq ali qonağa sarıgötürüldü. Balacanın səsinə qanrılan prezident onu göyə qaldırıb yenidən doğmabalası təkin bağrına basdı: - Səni Tanrı qorusun! Humaysa canfəşanlığındanqalmırdı, ciddi-cəhdlə kürəyinə keçirdiyi çantasını çıxarmağa çalışırdı.Heç kəsə imkan verməyən prezident böyük maraqla özü ona kömək elədi. Balaca birgöz qırpımında çantasını açdı və oradan iki bayraq çıxardı; bu Azərbaycanın vəTürkiyənin bayraqları idi. Tezcənə bütün uşaq səmimiyyətilə bayraqları köksünəbənd eləyərək bərk-bərk qucaqladı. Bu mənzərəni seyr edənlərin də, prezidentində göz yaşları selə döndü.




Səadət dolu anların şahə qalxdığı bir məqamda Humay məsumcasına hər iki bayrağışəstlə prezidentə sarı uzatdı. Tövründən bəlliydi, bu da dost ölkəninbaşçısına onun hədiyyəsi idi. Xoşbəxtliyindən çöhrəsi çiçək açanprezident bayraqları əvvəlcə böyük şərəf və izzətlə gözünün üstə qoydu, sonraöpərək havada yelləməyə başladı: " Azərbaycan – Türkiyə iki dövlət, bir millət!”.Hamı sarsılmaz şövqlə yenidən onun səsinə səs verdi. Balacanın bu incə jestindənkövrələn prezident sonda dili güclə söz tutacaq tərzdə yalnız bunları deyəbildi: - Bütün ömrüm boyu mənə hədiyyə edilənlərdən bundan dəyərlisinixatırlamıram!

P.S: Bu hekayə üçyaşlı nəvəm Humay Mövsümlünün şəxsində bu adı daşıyan bütün körpələrə həsrolunub

Azad Müzəffərli