adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Dekabr 2017 16:26
16950
İDMAN

Türk futbolunun centilmenliyi

Futbol üzrə Türkiyənin aşağı divizya komandalarından "Bucaspor”la"Kastamonuspor” matçında yaşıl meydanlarda nadir rastlanan hadisə yaşandı.

Oyunun 88-ci dəqiqəsində "Bucaspor” qapıçısı Mert zədələndiyinəgörə futbolçular topu meydandan çıxartdılar. Ancaq "Kastamonuspor klubunun oyunçusu Youssef autdan gələntopu "Bucaspora qaytarmaq əvəzinə topa zərbə endirdi,top da tora qovuşdu. Hakim qolu qeydə alərkən hesab1-1 oldu və ara qarışdı. "Bucasporlu futbolçular və məşqçilər heyəti "Kastamonusporlu futbolçulara reaksiya göstərdi. Uzunsürən mübahisələr nəticəsində matç 5 dəqiqə sonra yenidən başladı. Daha sonra90-cı dəqiqədə "Bucaspora qol vuran Youssef bu dəfə topu öz qapısınavurdu.

Hadisəylə bağlı "Kastamonuspor” prezidentiMetehan Babaş bunları dedi: "Matçın başa çatmasına bir neçə dəqiqə qalaoyunçumuz apardığı mübarizə sonrası yerdə qaldı. Bu anda top rəqibimizdə idi.Rəqibimiz bir centlimenlik nümunəsi göstərdi və topu auta atdı. Autdan topumeydana daxil etdik. Topu rəqibimizə vermək istəyərkən xətayla qolu vurduq. Oanda məşqçilərimiz oyunçu dəyişkliyi üçün hazırlıq edərkən vəziyyətdən xəbərsizqaldı. Belə qazanacağımız xal ya da xallarla keçmişi uğurlarla dolu camiəmizəvə Kastamonululara yaraşamayacağı düşüncəsiylə qolu vuran futbolçudan "özqapımıza qol vuraraq vəziyyəti düzəltməsini” istədim. "Kastamonu”nu SüperLiqada təmsil etmə hədəfiylə çıxdığımız yolda bundan əvvəl olduğu kimi bundansonra da fair-play ruhunun hər zaman öncəliyimiz olacağının, bizə işıq tutmağadavam edəcəyinin bilinməsini istiyirəm.”