Türk filmi Kannda 15 dəqiqə alqışlandı
1-ci Kann Film Festivalında "Qızıl Palma” mükafatı uğrunda mübarizə aparan türkiyəli rejissor Nuri Bilgə Ceylanın "Əhləd ağacı” ("The Wild Pear Tree") filminin qalası keçirilib.
Adalet.az "Hürriyət”ə istinadla xəbər verir ki, filmin nümayişindən sonra türkiyəli rejissorun işi 15 dəqiqə ayaq üstə alqışlanıb.
Doğu Dəmirqol və Murad Cemcirin baş rolda oynadığı filmdə Əhməd Rüfət Şunqar, Xəzər Ərgüclü, Tamer Ləvənd, Qədir Çərmikli, Kubilay Tunçər və Ərcümənd Balakoğlu kimi aktyorlar yer alıb.
Uzun illər sonra öz kəndinə qayıdan yazarın atasının borcları altında əzilməsindən bəhs edən film ata-oğul, ailə münasibətlərinə həsr olunub. Filmin ssenarisini Nuri Bilgə Ceylan həyat yoldaşı Əbru Ceylan və Akın Aksu ilə qələmə alıb.
Digər Xəbərlər
03 May 2024 21:51
Türkiyənin Qara dənizi “2024-cü ildə ziyarət edilməli ən yaxşı yerlər” siyahısında - FOTOLAR
03 May 2024 17:24"Xoreoqrafiya sənətinin aktual problemləri"nə həsr olunmuş III Beynəlxalq simpozium keçirilib
03 May 2024 16:01“Uğurun Zirvəsi 2” tədbiri keçirilib - FOTOLAR
03 May 2024 11:27İçərişəhərə giriş məhdudlaşdırılacaq
01 May 2024 11:14