06 Mart 2020 11:04
16930
DÜNYA

Türk əlifbasını erməni yaradıb?!

Ermənipərəst media müasir türk əlifbasınıvə dilini Akop Martanyanın yaratdığını deyirlər. Gülünc olsa da, bu belədir.

Bəs Akop Martanyan kimdir?

O, 1895-ci ildə anadan olub.Yozqat bəylərindən olan Çobanoğullarının təsərrüfat işlərinə rəhbərlik edənOrxan Aslanoğlunun nəticəsidir.

Türk dili filologiyası üzrəustalardan sayılan Akop, dilçiliklə bağlı araşdırmaları ilə Atatürkün beləsevgisini qazanmışdı. Mustafa Kamal ona "Dilaçar" ləqəbini vermişdi.

Türk Dil Qurumunun ilk başkatibi olan Martanyan erməni və türk dillərindən əlavə ingilis, yunan, ispan,latın, alman, rus və bolqar dillərini də yüksək səviyyədə bilirdi. O, elmi fəaliyyətindənəlavə, orduda zabit kimi xidmət edib və I dünya müharibəsi başlayarkən Qafqaz cəbhəsindəehtiyat zabit kimi çalışıb.

Qəribəsi budur ki, MustafaKamala "Atatürk" soyadının verilməsini TBMM-ə ilk dəfə təklif edən dəməhz Akop Martanyan olub.

I dünya müharibəsindən sonraBeyruta köçən Akop burada erməni məktəblərinin birinə direktorluq edib. Həmçinin,orada çıxan ilk ermənidilli qəzet "Luys"un da rəhbərlərindən biriolub.

1932-ci ildə Dolmabaxçasarayında keçirilən I Türk Dil Konfransına Atatürk tərəfindən dəvət edilib. Buzaman o, Sofiyada fəaliyyət göstərirdi. Atatürk dil təmizliyi uğrundabaşlatdığı dil inqilabında onun da zəhmətindən yararlanmaq istəyirdi.

1942-60-cı illərdə hazırlanan"Türk ensiklopediyası"na baş redaktorluq edən Martanyan bu fəaliyyətini1979-cu ilə - ölümünə kimi davam etdirdi. Bu erməni öz xatirələrində Atatürklətanışlığından belə danışır:

- "I dünya müharibəsibaşlayanda 19 yaşım var idi və məni əsgər çağırdılar. Öncə Qafqaza göndərdilər.Amma ermənilərə inamsızlığa görə, xidmət etdiyim yeri Suriyayla dəyişdilər.Orada ingilis əsirlər mənim bu dili bildiyimə görə mənimlə əlaqəyə girib öz çətinliklərinideyirdilər. Buna görə türk zabitlər məni vətən xaini elan etdilər və əllərimibağlayıb bir zabitin yanına gətirdilər. Mən isə bütün təhlükələrə baxmayaraq, cəsarətimitoplayıb ona belə hərəkətlərlə Türkiyədə heç zaman demokratiya olmayacağınısöylədim. Hər kəs təəccüb içində idi. Komandirin nə edəcəyini gözlərkən o,yanındakılara mənim əlimi açmağı və içəridən çıxmalarını əmr etdi. Mənəsə yergöstərib əyləşməyimi söylədi. Nə olacağını maraqla gözləyirdim. O isə mənə çaytəklif etdi və demokratiyayla ilgili danışmağımı istədi. Demokratiya, insanhaqları barəsində xeyli söhbət etdik. O, diqqətlə məni dinləyirdi. Onun bu hərəkətiməni təəccübləndirmişdi. Sonradan bildim ki, mənimlə bu söhbətləri edən MustafaKamal Atatürk idi".

Emin Piri