Turizm və Menecment Universitetinə yeni prorektor təyin edilib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Azərbaycan Turizm və Menecment Universitetinə yeni prorektor təyin edilib.
Nazirliyin mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva yeni təyin edilmiş İnkişaf məsələləri üzrə prorektor İranə Əliyevanı kollektivə təqdim edib.
Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor İranə Əliyeva Azərbaycan Dövlət Universitetini bitirib. Hazırkı təyinatadək Bakı Slavyan Universitetində kafedra müdiri işləyib. Uzun illər ölkəşünaslıq və rus dili üzrə pedaqoji və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmuş İ.Əliyevanın 60-a yaxın elmi əsəri nəşr olunub.
Digər Xəbərlər
01 May 2024 09:22
İbtidai siniflərdə yaz tətili başlayır
30 Aprel 2024 15:35İmtahanda 4 nəfər maksimal bal topladı
30 Aprel 2024 15:18Buraxılış imtahanının nəticələri elan olundu
29 Aprel 2024 12:38Bazar günü imtahan olacaq
28 Aprel 2024 09:00