adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Iyul 2020 15:25
22471
MƏMLƏKƏT

Turanə Qasımova yeni vəzifəyə təyin edilib

"ABAD" publik hüquqi şəxsin marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Turanə Qasımova yeni vəzifəyə təyin edilib.

Faktı təsdiq edən Turanə Qasımova bildirib ki, artıq fəaliyyətini Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini olaraq davam etdirəcək.

Qeyd edək ki, T.Qasımova 2014-cü ildən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin informasiya təminatı şöbəsinin baş məsləhətçisi kimi çalışıb. 2018-ci ildən isə "ABAD" publik hüquqi şəxsin marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.