adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Aprel 2020 08:23
137905
MÜSAHİBƏ

“Turana qovuşmaq bütöv Azərbaycandan keçir”- MÜSAHİBƏ

Müsahibimiz şair, Sumqayıtda fəaliyyət göstərən ƏliKərim adına "Poeziya Evi”nin direktoru İbrahim İlyaslıdır.

-Poeziyaevinin rəsmi qeydiyyata alınmasından 30 il ötür. Otuz ildir ki, bu evindirektorusunuz. Bu illərdə hansı işlər görüldü, Azərbaycan ədəbiyyatına nələrqazandırdınız?

-Bu rəqəmmənə ömrün çox böyük bir hissəsini xatırlatsa da mənə elə gəlir ki, elə bil dünəniydiPoeziya Klubunun yaradılması, ora rəhbər təyin olunmağım. Mən ora təsadüfənyox, "Dəniz” Gənclər Ədəbi Birliyinin sədrliyindən gəlmişdim. Şəhər rəhbərliyiictimai əsaslarla gördüyümüz işləri, fəaliyyətimizi dəyərləndirib bu qərarıvermişdi. O ki, qaldı bu müddətdə ədəbiyyatımıza nələr qazandırmağımıza, mənəelə gəlir, ən böyük işimiz şəhər ədəbi mühiti üçün münbit şərait, sağlam birortam yarada bilməyimiz olub. Ədəbi camiəmizə ləyaqətlə xidmət etmişik. Həm dəki, bu işləri təkcə mənim adıma bağlamaq düzgün deyil. Poeziya Klubu bir müəssisə,kollektiv olaraq bu ortamı sağlaya bilib. Təbii ki, 30 ildə 30 nöqsanımız daolmamış deyil.

- Poeziyaevi Əli Kərimin adınadır. Həmçinin, sumqayıtlı yazarlar arasında Əli Kərim dahaçox sevilir.

- PoeziyaKlubunun görkəmli şairimiz Əli Kərimin adı ilə adlandırılması, Poeziya Klubununyaradıcısı və ilk rəhbəri olmuş, şair Vaqif İbrahimin təşəbbüsü olub. Biz bu ənənənidavam etdirməyə çalışmışıq. Əli Kərim sağlığında Sumqayıta çox bağlı olub.Buradakı ədəbi məclislərdə yaxından iştirak edib. Rəhmətlik Feyzi MustafayevinƏ.Kərimə həsr olunmuş "Dinmə, ey kədər...” və V.İbrahimə həsr olunmuş "Ölənlərevə qayıdırlar” kitablarını oxusanız həmin vaxtın ədəbi mənzərəsi bütünçalarlarıyla gözünüzün önündə canlanar.

- Bildiyimqədər "Poeziya Evi”nin rəsmi qeydiyyatdan neçə illər öncə də fəaliyyəti olub.

-Əlbəttə!Elə onu deyirdim... Vaqif İbrahimin rəhbərlik etdiyi dövr... Sonra Əşrəf Veysəllininrəhbərliyi dövrü olub. Amma 1990-cı ildə Ə.Kərim adına Poeziya Klubu Sumqayıt şəhərMədəniyyət şöbəsinin bir strukturu olaraq, ayrıca bina, avadanlıq və ştatvahidləri ilə təmin edilmiş bir müəssisə oldu.

-Dəbdəbəliofisiniz var. Heç AYB-nin binası belə deyil. Bəlkə ofislərinizi dəyişəsiniz?

-"PoeziyaEvi” indiki binaya yerləşincəyə qədər 7 dəfə köçkünlük həyatı yaşayıb. İlk dəfəsimvolik olaraq S.Vurğun və C.Cabbarlı küçələrinin kəsişməsində yaradıldığıofis istisna olmaqla, qalan yerlərdə çox ağır şəraitlərdə fəaliyyət göstərib.Zakir Fərəcov şəhərimizə rəhbər təyin ediləndən sonra isə tale bütünsumqayıtlılar kimi ədəbi mühitimizin də üzünə güldü. İndi yerləşdiyimiz zənginbina Sumqayıt şəhər İcra Hakimiyyətin Başçısının sərəncamı ilə Poeziya Evininistifadəsinə verildi. Həmçinin, Mədəniyyət Nazirliyinin Regional şöbəsi bizə hərişdə böyük dəstək verir. Bir dəfə AYB-nin sədri Anar müəllim qonağımız olandadedi ki, sizin bina AYB-nin binasından da zəngindir. Bu cür fikirlərzaman-zaman xarici ölkələrdən olan yazar qonaqlarımız tərəfindən də səsləndirilib.Əlbəttə, bu cür münasibət biz sumqayıtlı yazarlarda qürur və fəxr hissi oyadır.

O ki,qaldı sənin təklifinə, bu məsələyə Bakıda və Sumqayıtda həmin təşkilatlara sizlərrəhbərlik edəndə baxarsınız. Hələlik bizim elə bir fikrimiz yoxdur. Hərəninyeri-yurdu özünə qismət olsun!

-"Necəsən,zalım”... Kütlə arasında bu şeirlə daha çox tanındınız. Halbuki, bu və digər seviləcəkşeirləriniz əvvəl də vardı. Cəmiyyətimiz niyə şairi qiraətdən sonra sevir, qəbuledir. Olmaz ki, bütün bunlar öncədən olsun?

-Bilirsən, Emin əfəndi, bizdə, yəni bütövlükdə ölkəmizdə kitab oxumaqproblemi yaşanır. Kitabın taleyi hələ ki, gətirmir bizdə. Kitab yayımı, kitabticarəti, kitab reklamı arzuolunan halda deyil. Oxuculara seçim üçün gərəkli şəraityarada bilməmişik. Amma bir şeyi də qarışdırmayaq: bədii qiraətdən də çox şeyasılıdı. Şeirdəki yaşantıları səslə birbaşa dinləyicilərin ruhuna, könlünəötürmək olur. Əslində şairlərin də bu cür audio-video albomları hazırlanmalıdı.İndi oxucular oxuculuqdan dinləyiciliyə keçid edirlər. Onlara belə daharahatdır.

-"Hamıbir körpüdən keçir” - ilk kitabınızın adı belədir. Eyni körpüdürsə bu qədər anlaşılmazlıqniyə? Bu qədər parçalanma, millətlər, irqlər niyə? Bəlkə fərqli körpülər var,siz səhv edirsiniz?

Elə məsələdə ondadır ki, bütün millətlər, irqlər, din-məzhəb, əqidə adına min yerəparçalananlar sonucda eyni körpüdən keçirlər. Bu HƏQİQƏT körpüsüdür. Həminkitabım haqqında dəyərli tənqidçimiz Bəsti Əlibəyli yazmışdı ki; "Hamı birkörpüdən keçsə də, körpüdən hamı bir keçmir”. Mənə elə gəlir, bu cümlə mahiyyətitam ifadə edir. Bu körpüdən hərə bir ömür içində toparlaya bildiyi öz yükü iləkeçir.

- Müxtəlifcərəyanlar var. Sizi isə daha çox milli şair kimi tanıyırlar.

-Cərəyanlarmüxtəlif olsalar da ədəbiyyat mahiyyət etibarı ilə birdir. Əsl ədəbiyyata xidmətedən bütün cərəyanlara və onların nümayəndələrinə sayğı duyuram. Mən isə milliyətçiyəm,millətçi düşərgənin şairiyəm. Amma mənim milliyətçiliyim məni heç də bəşəridüşüncə və duyğulardan kənar tutmur. Mən həqiqətin hizmətçisiyəm. Bu gün mənimmənsub olduğum türk millətinin, vətəndaşı olduğum Azərbaycan ölkəsinin durumu məndənbunu tələb edir. Belə olan halda, milli duyğu və düşüncələrimin yazdıqlarımayansıması da təbii haldı.

-Deməkolar ki, hecada yazırsınız. Doğulduğunuz məkan da bu vəznə meyllidir. Amma "PoeziyaEvi”nin adını daşıdığı Əli Kərim sərbəstin ustadlarından sayılır.

-Əli Kərimmənim ən çox sevdiyim şairlərdəndir. O, öz ruhu ilə XX əsr Azərbaycanpoeziyasını qapsayanlardandır. Ə.Kərim hecada da yetərincə bir-birindən gözəl şeirlərəimza atıb. Bir də ki, Ə.Kərimin bütün sərbəst şeirlərində yenə də hecanınritmi, ruhu və avazı var. O ki qaldı, mənim doğulduğum məkana, doğrudur, bizimşeirlərimiz əsasən saz üstə köklənib. Millilik bizim təkcə düşüncəmizdə yox, həmdə canımızda, qanımızda, ruhumuzda, iliyimizdədir. Sənin də bildiyin kimi, mənimazdan-çoxdan saz çalmağım da var. Hətta, Qaraçöpdə bizim Estoniyada yaşayan çoxböyük şairlərimizdən olan Xaqani Qayıblı ilə deyişib, onu bağlamışam. Ancaqyerliləri imkan vermədilər sazını alım. Bu azmış kimi qəlyanımı da girovsaxladılar. Qərib aşığın günü belədi...

- Bəzi millilikdən danışanlar söyləyir ki,milli şair "hecaçı”olmalıdır. Sevdiyiniz , oxuduğunuz şairlər, istər Əli Kərim,istər Nazim Hikmət də, digərləri də "sərbəstçi”. Hərdən düşünürəm ki, ən yaxşısərbəst şeirləri yazanlar heca şeirlərini oxuyub sevənlərdir. Eyni zamanda ənyaxşı heca şeirlərini yazanlarsa sərbəst şeirləri oxuyub sevənlərdir.

-Mən,ümumiyyətlə, bu cür qarşılaşdırmanın, müqayisənin əleyhinəyəm. Şeir gələndə özölçüsü, öz ritmi və qəlibi ilə gəlir şairə. Əgər şeir bir şairin qəlbinə sərbəstritmlə gəlibsə, nəyinsə xətrinə götürüb onu heca qəlibinə salmamalıdı. Etsə də,sonucda uğursuzluqla qarşılaşar. Sənin yanaşman da çox maraqlı gəldi mənə. Məsələn;mən nasir deyiləm. Ancaq nəsr əsərlərini oxumağa daha çox üstünlük verirəm, nəinkişeir kitablarını. Çingiz Aytmatovun hekayələr kitabını tərcümə edəndə az qala vəcdəgəlirdim, həmin ovqatla xeyli şeirlərim yazıldı.

-Birqardaşınız irfanı şair, digərisə məşhur aşıq. Maraqlı ailə tablosudur.

-Məhəmməd Astanbəyli çağdaş poeziyamızda ayrıca bir spektr xəttidir, məncə.Onun hecası da fərqli hecadı. Məhəmmədin şeirləri həm poetik yükü, həm dəpoetikasının rəngi ilə seçilir. Tənqidçilərimizdən V.Yusiflinin, R.Kamalın,N.Mustafanın, E.Akimovanın çox ilginc araşdırmaları var M.Astanbəylinin şeirləriilə bağlı. Bəlli yaşı və ədəbiyyat yükü olsa da hələ də kitabı nəşr olunmayıb.Qardaşlığa qalanda isə, bircə onu deyə bilərəm ki, Məhəmməd körpəliyindən tamamfərqli biri olub. Hamıdan və hər kəsdən fərqli bir ömür sahibidir.

Aşıqİlhamı sən də yaxşı tanıyırsan. Doğma qardaşım olmasaydı daha çox tərifləyərdim.Sənətinə bütün varlığı ilə bağlı biridir. Saz onun üçün pirdir. Bacarığı isəondadır ki, sazdan sirr qopara bilir və onu tamaşaçılarına eynən çatdıra bilir.Buna görə də sənətinə sayğı duyanların, onu sevənlərin sayı yetərincədir.Çağdaşlarından ən ciddi fərqi odur ki, sözə - şeirə qarşı çox tələbkar və həssasdır,duyğusaldır. Hər sözü saza qaldırmaz. Saz sinəsində olanda o, ayrı aləm olur,yenilməz birinə dönür.

-Sumqayıtın ədəbi mühiti, xüsusən orta və yaşlı nəsil daha mehribandır. Saflıq vətəmizlik var. Bakıdasa belə deyil.

-Sumqayıtınədəbi mühiti əvvəlindən belə olub. Bu gözəl ənənəni yaradanlardan dünyasını dəyişənşairlərimizə - Xasay Cahangirova, Vaqif İbrahimə, Gülbala Mehdiyə, AğəddinMansurzadəyə, Sabir Sarvana, Şaiq Vəliyə, Tofiq Məmmədə, Mir Sabirə rəhmət diləyir,bizimlə birlikdə olanlara – Əşrəf Veysəlliyə, Ofelya Babayevaya, Məmməd Namaza,Rafiq Yusifoğluna, Məmməd İlqara, Zirəddin Qafarlıya, ədəbi mühitimizininkişafında əməyi keçən hər kəsə möhkəm cansağlığı arzu edirəm. Bumehribanlığın təməlini onlar qoyublar. Arzu edərdim ki, bütövlükdə Azərbaycan ədəbimühiti saflıq, dürüstlük və halallıq mücəssəməsinə dönsün. O cümlədən Bakımühiti. Bakı ölkəmizin paytaxtıdır, qəlbimiz onunla döyünür. Qəlbimizi qoruyaqvə saf saxlayaq, gərək.

-Sumqayıtgəncliyinin bir-birinə münasibəti haqqındasa təəssüf ki, bu sözü söyləyə bilmərəm.

-Əgərbelədirsə, buna çox təəssüf edirəm. Əlbəttə, indiki gənclərin dünyagörüşləri, həyatabaxışları, ədəbiyyata münasibətləri bizdən xeyli fərqlidir. İndi virtual ünsiyyət,üzbəsurət ünsiyyəti üstələyib. İstənilən halda virtual tanışlıq fərdi tanışlıqdeyil axı. Səmimiyyət sərgiləmək problemi yaşanır virtualda. Öyüd, nəsihət verməkfikrindən tamam uzağam. Amma, hər halda, dünyanın düzənində, xüsusən ədəbiyyatalanında min illərdir davam edən ortaq ənənələr var. Hərdən oralara boylansanız,belə olmaz. Sənin də köməkliyinlə "Dəniz” Gənclər Ədəbi Birliyinə yeni nəfəsverdiniz. fəaliyyətə başladınız. Uğurlar diləyirəm! Bütün işlərinizibir-birinizə sevgi üzərində qurun.

-Ədəbimühitdə bu qədər aktiv, tanınan, qəbul olunan şairlərinin olmasına baxmayaraq məncəSumqayıtdan bir xalq şairi, xalq yazıçısı yoxdur.

-Xalq Şairi, Xalq Yazıçısı məsələsi bir az başqa məsələdir. Olması damütləq bir hal deyil. Əlbəttə, olsa bununla ancaq fəxr edərdik. Yeri gəlmişkənonu da deyim ki, məsələn; Xalq Şairi Vahid Əziz Sumqayıt ədəbi mühitinin yetirməsidir. Sumqayıtda Prezidentin Fərdi Təqaüdçüləriolan Əşrəf Veysəlli, Ofelya Babayeva kimi şairlərimiz yaşayır. Ölkə başçısınınsərəncamları ilə "Əməkdar mədəniyyət işçisi”, "Əməkdar jurnalist” fəxriadlarına layiq görülmüş, müxtəlif orden-medallarla təltif olunmuş qələmadamlarımız var. Siz gənclər möhkəm arzu etsəniz gələcəkdə Sumqayıtda XalqŞairini də görərsiniz.

-Dahaçox gənclərlə görünürsünüz. Onların sevgisini anladım, bəs, İbrahim İlyaslınınonlarla görünmə səbəbi nədir? Özünü gənc hiss etmək, ya?

-Gəncləriöyrənmək, onların duyğu və düşüncələrini bilmək, öz gəncliyimlə müqayisə etməkistəyi məni heç vaxt tərk etmir. Həm bu maraq, həm də içimdə baş qaldıranyardımçı olmaq, onlara nədəsə kömək etmək hissi məni gənclərə yaxın olmağa sövqedir. Sən dediyin hiss də yəqin ki, xali deyil. Sadəcə adam boynuna almaq istəmir.Həm də gənclər adama daha xoş sözlər deyirlər, tərifləyirlər... Bunu kim istəməz...

-Şeirlərinizə,açıqlamalarınıza görə bu sualı verməli oluram:Böyük Azərbaycan, yoxsa Turan?

-TURAN, əlbəttə!Amma bizim coğrafiyanın türkləri üçün Turana qovuşmaq həm də bütöv Azərbaycandankeçir. Bizim coğrafiya zaman-zaman çox mürəkkəb və bizim üçün çox üzücügeosiyasi bir hala gətirilib. Dəmir qapı Dərbənd, Borçalı, Göyçə, Zəngəzur,Qarabağ, nəhayət Təbriz... Bunları düşünəndə iliyimə işləyən bir göynərtiduyuram canımda. Hələ çox imtahanlar gözləyir bizi qarşıda. Ancaq Turana dəlibir ümidim və gümanım var. Ancaq onu da yəqin bilirəm ki, bu istəyin oluşmasıüçün Türk dünyasının siyasi liderləri ilə bərabər aydınlarımız, ədiblərimiz,alimlərimiz, incəsənət xadimlərimiz durmadan çalışmalıdırlar. Ulu əcdadlarımızınfəth etdikləri böyük mədəniyyəti və coğrafiyanı dünyanın çağdaş düzəninə nisbətbirləşdirməliyik. Bu mənim həyat amalımdır!

- "Dostayalan danış, yara yalan de”. Nə vaxtdan bu qənaətə gəldiniz və ya həqiqət çoxmuçirkindir?

-Həqiqət heç vaxt çirkin olmayıb və ola da bilməz. Həqiqət göz tökəcəkqədər parlaqdır. Buna hər göz tap gətirməz....

-"Mənömür sürmədim-vaxtdı, uzatdım”. Yeddi il öncə yazmısınız. Yenə də uzadırsınız,yoxsa bu yeddi ildə fikrinizi dəyişdiniz?

-Hə...50 yaşımın şeiridir. Bu bir ömrün adıdır. Adam adını dəyişməz ki... Bundan əvvəl:"Özüm çağıracam son anlarımda, O nida qeyibdən gələndə gəl çıx” yazmışdım. UcaTanrının lütfünə və mərhəmətinə sığınıb gözləyirəm.

-Uzunillərdir həm də tərcümə ilə məşğul olursunuz.

-Düzünüdeyim, mən tərcüməçiliyə dolanışıq naminə, qonorar üçün başlamışam. Əvvəlcə "Qələm”Nəşrlər Evinin sifarişi ilə Türkiyə türkcəsindən kitablar uyğulamağa başladım.Naşirlər və redaktorlar bu işin məndə yaxşı alındığını söylədilər və bundansonra davamlı şəkildə məşğul olmağa başladım. Ədəbi əlaqələrim genişləndikcərus dilindən də şeirlər tərcümə etməyə qərar verdim. Peşəkar tərcüməçiliyə gəlməyiməsəbəb isə Türk dünyasının ən böyük yazıçısı bildiyim Çingiz Aytmatovun "Qırmızıalma” hekayəsini tərcümə etmək istəyim səbəb oldu. Hekayəni tərcümə edəndənsonra "Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılıovun təklifi ilə"Hekayə Ustaları” seriyasından Çingiz Aytmatovun bütün hekayələrini tərcüməetdim(Təranə Quliyeva ilə birlikdə) və kitab nəşr olundu. Qırğızıstanın Bakıböyükelçiliyi kitabın yüksək səviyyədə təqdimatını keçirdi. Nəsrimizin nəhənglərindənolan Anar, akademik Nizami Cəfərov, professor Rüstəm Kamal təqdimatda iştiraketdilər və tərcümələrim barədə xoş sözlər söylədilər. Sonra Beynəlxalq MahmudKaşqari Fondunun təklifi ilə Fondun direktoru, görkəmli şairimiz Elxan ZalQaraxanlı ilə birlikdə Qazaxstanın eks-prezidenti və milli lideri NursulatanNazarbayevin "Avrasiyanın ürəyində” kitabını tərcümə etdik. Bu kitab daoxucular və siyasi dairələr tərəfindən rəğbətlə qarşılandı. DGTYB-nin təklifiilə çağdaş Qazaxstan, Özbəkistan, Qırğızıstan və Rusiya Federsiyası şairlərinin şeirlərinin antologiya şəklində nəşrəhazırlanmasında tərcüməçi olaraq yaxından iştirak etdim. Keçən ilin aprelindəisə Moskvada M.Tereza adına Dövlət Linqvistika İnstitutunda "Azərbaycan-Rusiya ədəbiəlaqələrinin çağdaş durumu” mövzusunda məruzə ilə çıxış etdim. Dünya ədəbiarealına inteqrasiya etməyimiz ədəbiyyatımızın təbliği üçün taleyüklü bir məsələdir.Arada öz istəyimlə, bəyəndiyim və seçdiyim, qazax, qırğız, rus, krım-tatar,fransız şair və yazıçılarının da əsərlərinə müraciət etdim. Sadalasam uzun çəkər.Hazırda isə Qazaxların ən böyük şairi, klassiki ABAYın şeir və poemalarını tərcüməetməklə məşğulam. İş son mərhələdədir. Bu kitabı da Mahmud Kaşqari Fondu nəşrəhazırlayır. Kitabı Elxan Zal Qaraxanlının rəhbərliyi və Türkiyənin tanınmışnasiri və şairi İmdat Avşarla birlikdə başa gətirdik. Qarşıda isə bu yöndə hələgörüləcək çox işlər var...

-Poeziyaevinə nə vaxt gəlirik, çay təklif edirsiniz. Şair də şairə çay təklif edər?

-Bax, buyerdə əsl həqiqəti dilə gətirsəm işlər korlanar. İndi bildinmi, "dosta yalandanış...” hardan və nədən qaynaqlanır?.. Həm də unutma ki, dünyada hələ indiyəcənçaydan daha yaxşı içki icad edilməyib. Müsahibə qəzetdə çıxanda gəl PoeziyaEvində müxtəlif çeşidli çaylardan içək. Limon, mürəbbə və konfet də olacaq. Müsahibənin müqabilindəmənə çatacaq qonorarı isə səninlə birlikdə ən bərkgedən restoranda xərcləyərik.İstəsən, dostlarını da dəvət edərsən...

Yaxındasandeyə səndən bir xahiş də eləyim: Sayın millət vəkilimiz Aqil Abbası deputatseçilməsi münasibəti ilə mənim adımdan da təbrik elə! İradə xanım Tuncaya salamsöylə!

Söhbətləşdi:Emin Piri