Daha bir cüdoçumuz qızıl medal QAZANDI
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində milli komandamız aktivinə daha bir qızıl medal yazdırıb.
Adalet.az xəbər verir ki, -81 kq çəki dərəcəsində çıxış edən Ömər Rəcəbli karyerasında ilk dəfə analoji yarışda çempionluq sevinci yaşayıb.
Cüdoçumuz finala gedən yolda Rumıniya, Tacikistan, Yaponiya və Özbəkistan təmsilçilərini mübarizədən kənarlaşdırıb, həlledici qarşılaşmada isə Rusiya idmançısı Abdul-Kerim Tasuyevə tam üstünlüklə qalib gəlib.
Maraqlıdır ki, Ömər turnir ərzində keçirdiyi 5 görüşün 4-də rəqiblərini ne-vazada osaekomi (saxlama) texnikası ilə məğlub edib. Bu nəticə həm də 22 yaşlı idmançının Dünya Turunda ilk qızıl medalı kimi tarixə düşüb.
Xatırladaq ki, turnirin ilk günündə milli komandamızın üzvlərindən Əhməd Yusifov (-60 kq) qızıl, Balabəy Ağayev (-60 kq) isə gümüş medal qazanmışdı.
Hazırda hesabında 2 qızıl və 1 gümüş olmaqla 3 medal olan Azərbaycan ümumi medal sıralamasında 39 ölkə arasında ikinci pillədə yer alıb.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

