adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Aprel 2019 15:56
24578
DÜNYA

TRİPOLİYƏ RAKET ZƏRBƏLƏRİ ENDİRİLDİ

Liviyanınpaytaxtı Tripoli şəhərinə endirilən raketzərbələri nəticəsində 4 nəfər həlak olub, 23 nəfər dinc sakin xəsarət alıb. Bu barədəölkənin Əl-Əhrar telekanalına məlumat verən hökumətin hərbi mənbəyinin nümayəndəsi bildirib ki, zərbələr «Qrad» qurğuları və artileriyamərmiləri ilə endirilib.

Şəhərmeri Müfta Hammadi qeyd edib ki, yaraqlılarınhücumu ilə əlaqədar olaraq 300-ə yaxın ailə paytaxtdan təxliyyə edilib. Telekanalın bildirdiyinə görə, hadisə bağlı məsuliyyət marşal Xəlifə Həftarın ordusunun üzərindədi.

Həftarınmətbuat xidmətinin rəhbəri əl-Obeydi bu ittihamlarıqəbul etməyərək bildirib ki, onların ordusu Tripoli şəhərinə heç bir hücum etməyib.

Liviyadasiyasi böhran ölkədə vətəndaş müharibəsi başlayandan , diktator Müəmmar Qəddafininqətlə yetirilməsindən sonra, yəni 2011-ci ildən bu günədək davam edir. Hazırda Liviyadaikihakimiyyətlilik hökm sürür. Bunlar beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmişFaiz Sərracın başçılıq etdiyi rəsmi hökumət və Xəlifə Həftar tərəfindən dəstəklənənAbdulla Əbdürrəhmanın rəhbərlik etdiyi müvəqqəti hökumətdi.

Qiyamçılarölkənin bir neçə yaşayış məntəqələrinə nəzarəti ələ alsalar da, Liviya hökumətinəsadiq hərbi qüvvələr onlara qarşı ciddi müqavimət göstərir.

MEHRİBAN