Trampla Baydenin müqayisəsində NÜANSLAR
Kremlin sözcüsü Dmitri Peskov Donald Trampla Co Baydeni müqayisə edib.
Adalet.az xəbər verir ki, Peskovun fikrincə, Trampın Ağ Evin rəhbəri olduğu dövrdə Moskva ilə Vaşinqton arasında çoxlu gərginlik və ziddiyətli məqamlar az olmayıb:”Buna baxmayaraq, Donald Trampın prezidentliyi dövründə Rusiya ilə ABŞ arasında normal dialoq olub. Bu da siyasətçini müsbət mənada fərqləndirir. Normal dialoq Trampı sələflərindən fərqləndirir.
Qeyd edək ki, əslində Peskovu haqlı bilmək olar . Çünki, Donald Tramp prezidentliyi dövründə sələflərinin ənənəsini davam etdirərək 1915-ci ilə erməni olayları ilə bağlı "erməni soyqırımı" ifadəsini işlətmədi, amma Co Bayden bu kəlməni hər il sevə-sevə təkrarlayır .
Yeri gəlmişkən, hazırkı ABŞ Prezidenti qəribə və gülməli hərəkətləri ilə gündəmdən düşmür.
O Fransada Normandiyaya desant çıxarılmasının 80-ci ildönümü mərasimində də qəribə hərəkət edib.
Fransa Prezidenti Emmanuel Makronu səhnədə salamladıqdan sonra Co Bayden mövcud olmayan stulda oturmağa çalışıb.
Kadrlarda Baydenin dizlərini əyib, əlini havada hərəkət etdirərək xəyali stulu axtardığı əksini tapıb.
Respublikaçılar sosial mediada "Bayden səhnədə bizi utandırmadan bir gün keçirə bilərmi? Çoxmu şey istəyirik?", - deyə ABŞ prezidentini tənqid atəşinə tutublar.
Əslində Bayden ilk dəfə belə qəribə hərəkətlər etmir. Bundan əvvəl o, çıxışlarında rəhbərlik etdiyi ölkənin adını unudub, dəfələrlə vitse-prezident Kamala Harrisi “prezident”, özünü birinci vitse-prezidentin əri adlandırıb, həmçinin özünü senator kimi təqdim edib, Ukrayna ilə Rusiyanı səhv salıb.
Bu gün isə Bayden həyat yoldaşını başqa bir qadınla səhv salıb. Sosial şəbəkə görüntülərindən məlum olur ki, Bayden başqa bir xanımla səmimi söhbət edir. Söhbətə Baydenin həyat yoldaşı Cill Bayden müdaxilə etdikdən sonra ABŞ Prezidenti danışığını yarımçıq kəsir.
Yayılan görüntülər ABŞ-da müzakirə olunub. Sosial şəbəkə istifadəçiləri hesab edir ki, Bayden xanımları səhv salıb.
P.S. Dünya ictimaiyyəti, xüsusən, Azərbaycan ictimaiyyətinin fikrini sorsanız, deyərlər ki, əslində D. Tramp, Co Baydenlə müqayisə olunmayacaq dərəcədə yaxşıdır və sərfəlidir. Həm də sülhsevərdir!
Əntiqə Rəşid
Digər Xəbərlər
20 Dekabr 2025 18:27
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşdü
20 Dekabr 2025 14:10
"Azərbaycanla birbaşa uçuşların aparılmasını istəyirik" - İbrahimoviç
20 Dekabr 2025 13:30
Azərbaycanla Monteneqro arasında Anlaşma Memorandumu imzalandı
19 Dekabr 2025 18:32
Özbəkistan prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
19 Dekabr 2025 17:15
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
19 Dekabr 2025 15:25
Zahid Oruc :“Avropalı siyəsətçilərin beynində 26 sentyabr erası hələ yaşayır”
19 Dekabr 2025 13:47
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
19 Dekabr 2025 13:45


Bakı -°C

