Trampın oğlunun ruslarla məxfi görüşü araşdırılır
ABŞ Prezidenti Donald Trampın oğlunun Rusiya ilə əlaqələri araşdırılmağa başlayıb.
Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə dair istintaqı icra edən prokuror Robert Müller yeni bir təhqiqat heyəti yaradıb.
Təhqiqat heyətinin əsas məqsədi Trampın oğlunun görüşdüyü rus vəkil Nataliya Veselnitskanın 2016-cı ildə təşkil etdiyi toplantı ilə bağlı daha çox məlumat və sənəd toplamaqdır.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddialar ortaya çıxıb. Bundan sonra mediada Donald Trampın oğlu Cunior Trampın rusiyalı vəkillə görüşdüyünə dair xəbərlər yayılıb.(axar.az)
Digər Xəbərlər
27 Aprel 2024 13:25
Yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq
27 Aprel 2024 13:10Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
27 Aprel 2024 09:17Bu ölkədə daşqınlar onlarla insanın həyatına son qoydu
27 Aprel 2024 09:10Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
27 Aprel 2024 09:00