adalet.az header logo
  • Bakı -°C
27 Aprel 2026 10:37
86
DÜNYA
A- A+

Trampın komandası siyahı hazırlayır

Politico qəzeti bildirir ki, ABŞ prezidentinin komandası "yaxşl və "pis" NATO ölkələrinin siyahısını hazırlayır. Mətbu orqanın məlumatına görə, Tehrana qarşı hərbi əməliyyatlarda Vaşimqtonun tərəfində olan və əməliyyatların əleyhinə olan, ABŞ hərbiçilərini ərazilərinə buraxmaq istəməyən blok üzvülərini müəyyənləşdirirlər. 

 Tramp onun göstərişlərini qəbul etməyən tərəfdaşlarını təhdid etməkdən belə çəkinmir. Qəzetin yazdığına görə, ABŞ- dəstəkləyən İsrail, Cənubi Koreya, Polşa, nisbətən Almaniya və Pribaltika dövlətləri Vaşinqton tərəfindən xüsusi qiymətləndirilir. 

 Pentaqonun rəhbəri Pit Xerset hələ ötən ilin dekabrında etdiyi çıxışında, kollektiv təhlükəsizliklə bağlı ABŞ-ın təlimatlarını yerinə yetirməyən dövlətlər ağır nəticələrlə üzləşəcəklərini bəyan etmişdir.

Vaşunqtinun  "Pis" dölətlər siyahında yer alan ölkələr barədə Ağ Evin konkret hansı tədbirlər görəcəyi Tramp administrasiyası  tərəfindən gizli saxlanılır.

 Güman edilir ki, Vsşinqtonun potensial planına uyğun olaraq, ABŞ-ın bu ölkələrdə yerləşən hərbi qüvvəlıri digər, münasib tərəfdaş ölkələrinə köçürüləcək. 

 Tramp son çıxışlarının birində bəyan edib ki, NATO-dakı  tərfdaşları "kiçik bir qarşıdurmada" (İran münaqişəsində) iştirak etməkdın imtina edərək, özlərinə "problem yaratdılar". "Şimali Atlantika alyansı lazlm olan zamanda, lazlmsız olduqlarını göstəedilər"- deyə ABŞ prezidenti bildirib.

 Donald Trampın NATO-nu tərk edəcəkləri təhdidləri fonunda Avropa dövlətləri, artıq alyansa alternativ hərbi-sitasi blok yaratmaq variantı üzərində düşünməyə başlaylblar...

 Rüstəm Hacıyev