adalet.az header logo
  • Bakı -°C
27 Aprel 2026 12:20
75
DÜNYA
A- A+

İran neft hasilatının yarısını itirə bilər - Səbəbi isə...

Amerikanın İslam Respublikasına qarşı hərbi-dəniz blokadası davam edərsə, İran neft kəmərləri təxminən üç gün ərzində partlaya bilər.

Adalet.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. 

Onun sözlərinə görə, İranın neft boru kəmərləri "külli miqdarda neft" daşıyır.

"Və əgər hər hansı bir səbəbdən həmin xətt bağlanarsa, çünki onlar onu anbarlara və ya gəmilərə yükləyə bilmirlərsə (Yəni blokada səbəbindən gəmiləri olmadığı üçün, - red.) onda həmin xətt özünü içəridən partladacaq", - deyə o, "Fox News"a verdiyi müsahibədə bildirib.

Amerika prezidenti vurğulayıb ki, elə bir inkişaf baş verərsə, İran neft hasilatının yarısını itirə bilər.