12 Avqust 2025 17:55
201
DÜNYA

Trampın “ərazi mübadiləsi” vacibatı: Zelenskinin etirazı, Putinin gözləntisi 

Avqustun 15-də ABŞ Prezidenti Donald Tramp ilə rusiyalı həmkarı Vladimir Putinin Alyaskada görüşü keçiriləcəyi dünya gündəmindədir.


Görüşdən əvvəl Trampın “ərazi mübadiləsi” ilə bağlı açıqlaması narahatlıq yaradıb: “Ə razi mübadiləsi”Ukraynanın maraqlarına xidmət edəcək, lakin həm müsbət, həm də mənfi tərəfləri olacaq. Hər şey çox mürəkkəbdir, çünki döyüş xətləri qeyri-sabitdir və müəyyən mübadilə qaçılmaz görünür. Mən baxacam, şərtlər necə olacaq”.
Dünya mediasında da ABŞ-ın Donetsk və Luqansk vilayətlərinin tamamilə Rusiyaya təhvil verilməsini dəstəklədiyi yazılır:"Hazırkı cəbhə xətti boyunca Zaporojye və Xersonda atəşkəsin qüvvədə olacağına dair məlumatlar var. Bu o deməkdir ki, Ukrayna qüvvələri öz mövqelərini döyüşsüz təslim etməli və işğalçılara təhvil verməlidir"- nəşrlər yazır.

Hətta ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitakerin "Çox güman ki, atəşkəs razılaşması çərçivəsində Ukrayna və Rusiya ərazi mübadiləsi aparmalı olacaq "- açıqlaması mövzunun müzakirəsini daha da qızışdırdı.

Amma Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün mümkün “ərazi mübadiləsi” ilə bağlı dediklərini cavabsız qoymayıb:"“Ukraynanın ərazi məsələsinin cavabı artıq Ukrayna Konstitusiyasında var. Bundan heç kim geri çəkilməyəcək və geri dönə bilməyəcək. Ukraynalılar öz torpaqlarını işğalçıya verməyəcəklər”.


Əntiqə Rəşid