Trampdan xəbərdarlıq: "Onları aid olduğu həbsxanaya göndərəcəyik"

Xəbər vermişdik ki, ABŞ Prezidenti Donald Trampın bu ilin əvvəlində qanunsuz miqrasiyaya qarşı mübarizəyə başlamasından sonra ABŞ-da 1 milyona yaxın əcnəbi ölkəni tərk etmişdi.
Adalet.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə immiqrasiya ilə bağlı qanunları sərtləşdirəcəyinə işarə vurub: “Mən paytaxtımızı əvvəlkindən daha təhlükəsiz və gözəl edəcəyəm”.
ABŞ lideri səfil həyatı keçirənləri paytaxtdan uzaqlaşdırmaq fikrindədir:"Evsizlərin təcili getməsi lazımdır. Biz sizi sığınacaqla təmin edəcəyik, amma paytaxtdan uzaqda. Cinayətkarların getməsinə ehtiyac yoxdur. Onları aid olduğu həbsxanaya göndərəcəyik".
"Sərhəddə olduğu kimi, hər şey çox tez baş verəcək. Son bir neçə ayda biz milyonlarla gəlişdən SIFIR-a düşdük. Sonra daha asan olacaq - hazır olun. "GÖZƏL OĞLANLAR" olmayacaq. Paytaxtımızı QAYTARMAQ istəyirik"- deyə paylaşımında vurğulayıb.
Xatırladaq ki, hələ aprel ayından Trampın administrasiyası məhkəmə qərarından sonra ölkəni tərk etməyən miqrantlar üçün irimiqyaslı cərimə siyasəti həyata keçirir. Məlumata görə, gündəlik cərimələr təxminən 1000 dollar təşkil edir
Avropa mediası həmin vaxt yazırdı ki, ABŞ administrasiyası miqrantları ölkəni tərk etmədikləri təqdirdə gündə 998 dollara qədər cərimələməyi, cərimələri ödəyə bilməyəcəkləri təqdirdə isə əmlaklarını müsadirə etməyi planlaşdırır.
Əntiqə Rəşid