adalet.az header logo
  • Bakı -°C
19 Fevral 2026 20:04
112
DÜNYA
A- A+

Trampdan İranla bağlı AÇIQLAMA

İranla razılaşma ilə bağlı aydınlıq növbəti on gün ərzində ortaya çıxa bilər.

Adalet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında bildirib.

"Biz İranla razılaşma əldə edə bilərik. Bu barədə, ehtimal ki, növbəti on gün ərzində biləcəksiniz", - deyə Amerika lideri qeyd edib.

Eyni zamanda, ABŞ prezidenti xəbərdarlıq edib ki, Tehran sazişə razılaşmasa, İranda "çox pis şeylər" baş verə bilər.

"Bildiyiniz kimi, yaxşı danışıqlar gedir. İllər ərzində sübut olunub ki, İranla mənalı bir razılaşma əldə etmək asan deyil. Mənalı bir razılaşma əldə etməliyik, əks halda pis şeylər baş verəcək", - deyə Tramp bildirib.