adalet.az header logo
  • Bakı -°C
17 Yanvar 2026 16:26
77
DÜNYA
A- A+

Trampdan Ərdoğana Qəzza ilə bağlı DƏVƏT

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Qəzza Sülh Komitəsinin təsisçi üzvü olmağa dəvət edib.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat yayıb.

O bildirib ki, bu çərçivədə Qəzzada təhlükəsizliyin təmin olunması və yenidənqurma işlərinə cavabdeh olacaq Sülh Şurası və onun orqanları təsis edilir.

Qeyd edək ki, Ağ Ev Qəzzada keçid prosesini idarə edəcək Sülh Şurasının üzvlərini açıqlayıb. Qəzzada Fələstin Administrasiyasına dəstək verəcək İcraiyyə Şurasında Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.