adalet.az header logo
  • Bakı -°C
13 Aprel 2026 16:38
86
DÜNYA
A- A+

Tramp tezliklə impiçment oluna bilər

ABŞ prezidenti Donald Tramp tezliklə impiçment oluna bilər.

Adalet.az xəbər verir ki, bu barədə Ağ Evin müxbiri Saymon Ateba "X"da yazıb. 

Onun sözlərinə görə, Tramp "İranla sonsuz müharibədə ilişib qalıb" və Vaşinqtonla Tehran arasında atəşkəs yalandır.  Ateba qeyd edib ki, Respublikaçılar noyabr ayında keçiriləcək Konqres seçkilərində məğlubiyyətlə üzləşəcəklər və Tramp impiçment oluna bilər.

"İndi Tramp tələyə düşüb və Respublikaçılar Partiyası ara seçkilərdə ciddi şəkildə cəzalandırıla bilər və Tramp impiçment edilə bilər", - deyə o yazıb.