Tramp: Rusiya- Ukrayna münaqişəsi Üçüncü dünya müharibəsinə səbəb ola bilər
"Düşünürəm ki, vəziyyət müəyyən qədər nəzarətdədir".
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “OutKick” internet portalına müsahibəsində deyib.
Bununla belə, o, vəziyyətin hazırda qismən nəzarətdə olduğunu qeyd edib:
“Belə şeylər Üçüncü dünya müharibəsinə səbəb ola bilər. Düşünürəm ki, vəziyyət müəyyən qədər nəzarətdədir. Mənim Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarım Volodimir Zelenski ilə yaxşı münasibətim var”, - o söyləyib.
Dövlət başçısı, müharibəni dayandıracağı halda Nobel mükafatına layiq olacağına inanması barədə suala dəqiq cavab verməyib.
Qeyd edək ki, martın 18-də ABŞ və Rusiya liderləri arasında telefon danışığı olub. Kremlin mövqeyinə görə, müharibənin bitməsi üçün əsas şərt ABŞ-nin Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqdır.
Xatırladaq ki, Rusiya- Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.
Digər Xəbərlər
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10
"ABŞ və İran arasında danışıqlar davam edir" - Tramp
25 Mart 2026 20:00
İran müharibəni bu halda dayandıracaq - 5 şərt irəli sürüldü
25 Mart 2026 19:51


Bakı -°C

