Tramp Kim Çen Inın xahişini yerinə yetirdi
ABŞ Cənubi Koreya ilə birgə keçirdiyi hərbi təlimləri dayandırdığını bu gün rəsmən elan edəcək.
Adalet.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunub ki, ABŞ prezidenti Donald Tramp Çin rəhbəri Si Tsinpinin təsiri ilə Cənubi Koreya ilə təlimlərin keçirilməsindən imtina etmək qərarına gəlib. Lakin Pentaqon Trampın bu təşəbbüsünə soyuq münasibət göstərib və təqdir etməyib. Bununla belə, Pentaqonun rəhbəri Ceyms Mettis və ABŞ silahlı qüvvələrinin baş qərargah rəisi Cozef Danford Trampın tapşırığını icra etmək üçün hərbçilərə müvafiq təlimatlar hazırlayır.
ABŞ-la Cənubi Koreyanın RIMPAC irimiqyaslı hərbi təlimlərinin 20 ölkənin iştirakilə 27 iyun və 2 avqustda keçirilməsi planlaşdırılırdı.
Qeyd edək ki, 12 iyun Sinqapurda keçirilən ABŞ-Şimali Koreya tarixi sammiti yekun sənədin imzalanmasilə başa çatıb. Trampla Kim Çen In sammit çərçivəsində bəyan ediblər ki, bundan sonra ABŞ-la Şimali Koreya arasındakı münasibətlər əvvəlkindən daha fərqli olacaq və sammitin nəticələri tezliklə müsbət nəticələrini verəcək.
Sammitdən sonra mətbuat konfransı keçirən Tramp vurğulayıb ki, artıq Pxenyan dünya üçün nüvə təhlükəsi yaratmır. Əgər Pxenyanla danışıqlar düzgün istiqamət üzrə getsə, ABŞ Cənubi Koreya ilə hərbi təlimləri dayandıracaq.
Digər Xəbərlər
28 Aprel 2024 22:10
İraq eynicinsli münasibətlərə görə nəzərdə tutulan qanunu qəbul etdi
28 Aprel 2024 21:46Minə yaxın Tacikistan vətəndaşı Moskva hava limanlarında çətin vəziyyətdə qaldı
28 Aprel 2024 21:20Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
28 Aprel 2024 20:57Tiflisdə müxalifət yenidən mitinq keçirir
28 Aprel 2024 20:44