adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Sentyabr 2018 14:57
12365
DÜNYA

TRAMP İSRAİLİ DƏSTƏKLƏYİR

ABŞprezidenti hesab edir ki, İsrail təhlükəsizliyini qorumaq üçün aqressiv davranmaq məcburiyyətindədi. Ona görə də onlarınxaricdən gələ biləcək təhlükənin qarşısının alınması kursunu dəstəkləyir. O, BMTBaş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyasında İsrailin baş naziriBenyamin Netenyahu ilə görüşündə bildirib ki, «biz İsrailin müdafiə sistemlərinintəhlükəsizliyi baxımından planlarını bəyənirik.Baxmayaraq ki, bu planlar aqressivdi. Lakin onların aqressiv hərəkət etməkdən başqayolları yoxdu. İsrail dünyanın ən çətin bölgəsindəyerləşir».

Busözlərlə Tramp Netenyahuya ABŞ-ın yüz faiz onların tərəfində olduğunu nümayiş etdirib. ABŞ prezidenti vəd edib ki, AğEvin Yaxın Şərq böhranının nizamlanması üçün hazırladığı planı yaxın vaxtlarda başa çatdırılacaq və Fələstinmuxtariyyəti yenidən İsraillə danışıq masasına qayıdacaq.

Son vaxtlar 15 nəfərlik heyəti ilə birlikdə Suriya səmasındaRusiyanın İL-20 təyyarəsinin vurulmasıilə bağlı Rusiya-İsrail münasibətlərində yaranan gərginliyə toxunanDonald Tramp «imkan düşən kimi» bu barədə Rusiya prezidenti Vladimir Putinlədanışacağını bildirib.

MEHRİBAN