Tramp: 8 avqust Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq
Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox liderlər indiyədək müharibəni bitirməyə çalışdılar, lakin uğur əldə edə bilmədilər. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir”, - deyə Tramp qeyd edib.
O bu gün (8 avqust - red.) Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə Ağ evdə sülhə dair sənədin imzalanma mərasimi olacağını vurğulayıb. Tramp bildirib ki, Birləşmiş Ştatlar, həmçinin Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq.
“Mən böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün iş gördüklərinə görə bu cəsarətli liderlərlə çox fəxr edirəm. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq”, - deyə o vurğulayıb.
Digər Xəbərlər
13 Mart 2026 19:25
Milli Məclis hökumətin hesabatını qəbul etdi - YENİLƏNİB
13 Mart 2026 18:56
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13 Mart 2026 17:24
Deputatlarımız Latviya Seyminin sədri ilə görüşüb - FOTO
13 Mart 2026 17:23
“Bu, İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir”
13 Mart 2026 16:45
"Deputatların qaldırdığı məsələlər diqqətdə saxlanılacaq" - Baş nazir
13 Mart 2026 16:21
Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlığa xüsusi önəm verir - Deputat
13 Mart 2026 16:10
Yaxın Şərq "qırmızı xətt"i keçdi - Səxavət Məmməd yazır
13 Mart 2026 14:05


Bakı -°C

