adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Sentyabr 2019 11:54
68772
MƏDƏNİYYƏT

Tragifars və ya yaşasın teatr

Respublikamızda fəaliyyətgöstərən hər bir Dövlət Dram Teatrlarının özünəxas xüsusiyyətləri və xarakterikrepertuar zənginliyi mövcuddur. Xüsusilə region teatrlarının fəaliyyəti vəburada səhnəyə qoyulan hər bir yeni, orjinal pyeslərin mövcudluğu repertuar zənginliyinineləcədə tamaşaçı duyumunun varlığından xəbər verir. Belə teatrlardan biri də140 illik tarixi bir yol keçən Şəki Dövlət Dram Teatrıdır.

Teatrın tarixinə nəzər salarkən mənbələrdən aydın olur ki, görkəmli maarifçi və yazıçı Rəşid bəy Əfəndiyev 1877-ciildə Tiflisdə Mirzə Fətəli Axundzadə ilə görüşüb. Bu görüş zamanı Mirzə Fətəli Axundzadəqələmə aldığı komediyalarından birinin məhz vətəni Şəkidə oynanılmasını arzuladığınıbildirib. 1879-cu ildə gənc Rəşid bəy Əfəndiyev böyük mütəfəkkirin arzusunu həyatakeçirərək barama anbarında onun "Hacı Qara” komediyasını Şəki ziyalıları iləbirlikdə tamaşaya hazırlayıb. Hacı Qara rolunda isə Rəşid bəy Əfəndiyev özü səhnəyəçıxıb. Beləliklə, bu təşəbbüsün nəticəsi olaraq 1879-cu ildən Şəkidə peşəkarteatrın təməli qoyulub.

Bu teatr həm də mənim üçün doğma bir sənət məbədidir. 1932-ci ildə mərhumSabit Rəhman Şəki Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri kimi fəaliyyət göstərərkənBakıda Karl Lipginixt adına Fabrik-Zavod məktəbində istedadlı gənclər arasındamərhum atam, respublikanın xalq artisti Məhəmməd Burcəliyevi görərək onu buteatra aktyor kimi dəvət edib. Məhəmməd Burcəliyev bu teatrın səhnəsində1935-ci ilə qədər fəaliyyət göstərib və sonra taleyini Gəncə Dövlət DramTeatrına bağlayıb. 1940-cı ildə isə Şəkidə hər zaman səmaya baxdığından GünəbaxanMuxtar adı ilə tanınan bir şəxsin vasitəsilə mərhum anam, respublikanın xalqartisti Sədayə Mustafayeva da taleyini bu teatrın səhnəsinə 1946-cı ilə kimibağlayıb və bir sıra obrazlar qaleriyası yaradıb. Bu səbəbdən də Şəki DövlətDram Teatrı mənim doğma teatrımdır desəm heç də yanılmaram.


Hər zaman repertuar zənginliyinə önəm verən Şəki Dövlət Dram Teatrıbu ənənəni qoruyub saxlaya bilir. Elə bunun nəticəsi olaraq da bu gündərepertuarında olan İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı”, ƏhmədOrucoğlunun "Oğru”, Səməd Vurğunun "Vaqif”, Hidayət Sayının "Davul səsi”, BilalAppayevin "Gözəlləri necə qaçırırlar”, Hans Kristian Andersenin "Kralın yenilibası”, Əli Səmədlinin "Hərənin bir ulduzu”, Qədim Şərq rəvayəti olan "Kəllə vəDimnə”, Elçin Əfəndiyevin "Teleskop” və başqa pyesləri Şəki Dövlət DramTeatrının maraqlı və orjinal səhnə əsərlərindən xəbər verir.

Bu günlərdə isə 139-cu teatr mövsümünün sonunda Şəki Dövlər DramTeatrının səhnəsində bir saat əlli dəqiqə ərzində davam edən Jan Batist Molyervə Mixail Bulqakovun "Xəstəlik xəstəsi və ya yaşasın teatr” iki hissəli tragifarsını-farskomediyasını maraqla izlədim. Qeyd edim ki, tragifarsı dilimizə Şəms Əlizadə tərcüməedib. Bu pyesin adı həmçinin "Kabbala mömini” kimi də tərcümə oluna bilər.Xatırladım ki, tamaşa Şəkidə peşəkar teatırın yaranmasının 140 illiyinə həsrolunub.

XVII əsrin dünya şöhrətli fransız dramaturqu və aktyoru sayılan JanBatist Molyer (1622-1673) həyatını teatr sənətinə həsr etməklə ömrünün sonuna qədərsəhnəni tərk etməyib. O, yaratdığı teatrın yaşaması naminə bütün məhrumiyyətlərədözərək çox vaxt həyatını riskə atıb. Bununla belə yaşadığı cəmiyyət haqqındaolan həqiqətləri və öz müasirlərinin əsl simalarını səhnədən açıb göstərməkdənçəkinməyib. Müxtəlif mənbələrdən məlum olur ki, 1673-cü il fevralın 17-dəMolyer sonuncu əsəri olan "Xəstəlik xəstəsi” komediyasında Arqan obrazını ifaedib. Bu obrazın yalançı xəstəliyini səhnədə ustalıqla göstərərkən özü artıqölümcül xəstə olub. Xatırladım ki,Pale-Royal Teatrında dördüncü dəfə oynanılan bu tamaşa Molyerin səhnədəsonuncu çıxışı olub.

Məhz bu günlərdə izlədiyim tamaşa da butarixçədən bəhs edir və həm də sanki öz həyatını səhnəyə, teatr sənətinə qurbanedən bütün səhnə, teatr fədailərinin xatirəsinəithaf olunur. Qeyd etdiyim ki, tamaşa Molyerin Arqan obrazını axrıncı dəfəsəhnədə oynamasının tarixcəsindən və onun həqiqi xəstəliyi ilə Arqan obrazının"yalançı xəstə”liyinin arasındakı təzadları göstərir. Molyer tamaşanı böyükustalıq, məharətlə oynayır və sonda isə həyatla vidalaşır. Qeyd edim ki, pyesisəhnələşdirən və quruluşçu rejisoru, respublikanın əməkdar incəsənət xadimi, ŞəkiDövlət Dram Teatrının baş rejisoru Mirbala Səlimlidir.

Rejisor traktofkasına uyğun olaraq səhnəvə səhnə arxası məkan çərçivəsində hadisələr fars komediya şəklində Molyerin həqiqifaciəsi olaraq böyük ustalıqla təqdim olunur. Tamaşanın əsas mövzusu məhz sənətkaryaradıcılığı və onun vəfatı ilə bağlıdır. Burada sənətkar səhnədə və həyatdabütün varlığı ilə təqdim edilir. Səhnədə ilk andaca cəryan edən hadisələrdən bəlliolur ki, tamaşanın göstərilməsi üçün hazırlıq prosesi gedir. Hazırlıq prosesizamanı Molyerin həqiqətən xəstə olması bəlli olur. Həmkarları onun bu vəziyyətdəsəhnəyə çıxmasının mümükünsüzlüyünü bildirsələr də aktyor bu fikirlərlərazılaşmır. Tamaşanı sona qədər oynamaq qərarında israrlı olur. Tamaşada Arqanvə ya Molyer obrazını respublikanın əməkdar artisti Xanlar Həşimzadə ifa edir.Aktyorun səhnə plastikası obrazın mahiyyət etibarı ilə təqdim edilməsinəyaxından yardımçı olmaqla maraqla izlənilməsinə səbəb olur. Səhnədə aktyorXanlar Həşimzadə güya çox ciddi xəstə olan Arqanın öz sağlamlığındanşikayət edə-edə həkimlərinin ona yazdıqları reseptlərin ayda nə qədər xərctutduğundan gileylidir. O, səhətinin əvvəlkindən də pis olduğunu iddia edir. AncaqArqan anlamaq istəmir ki, o, öz səhhətini həkimlərin əlində oyuncağa çevirib. Hirsinidə həmişə ona sözün düzünü deyən xidmətçisi Tionettadan çıxır. Arqanın yalandanxəstə olmasını yarı zarafat, yarı ciddi, hərdən də icəşərək ifşa edən Tionettanıisə Arqan heç də sevmir. Bütün bu sadalananlar əməkdar artist Xanlar Həşimzadəninifasında böyük ustalıqla xırda detalların belə incəliklə göstərilməsi iləmaraqla baxılır.

Tamaşa boyu maraqla izlənilənobrazlardan biri də xidmətçi Tionetta obrazıdır. Bu obrazı aktrisa ArzuMustafayeva ifa edir. Tionetta cavan və şuxdur. Onun hər bir hərəkəti mizanlarauyğun olaraq ustalıqla təqdim olunur. Hətta aktrisanın səhnədə fərqli danışıq tərzi,diksiyası da maraqla izlənilir. Çox keçmir ki, səhnədə Tionettanın qurduğu oyunnəticəsində Belinanın (aktrisa Lalə Məmməd) əsil siması üzə çıxır. Arqananlayır ki, həmişə tərəfində olduğu gənc həyat yoldaşı var-dövlətini ələkeçirtmək üçün ona belə nəvaziş göstərib. Tionetta sonra da eyni oyunuAnjelikanın (aktrisa Fidan Lətifova) üzərində də yoxlayır. Arqan görür ki, onuhəqiqətən sevən, həmişə danlasa belə sözündən çıxmayan qızı Anjelikadır. Bundansonra Arqan qızı ilə Kleantın (aktyor Rəşid Mirizadə) izdivacına razılıq verir,amma bir şərtlə - Kleant həkim olmalıdır. Bütün bu hadisələr aktrisa ArzuMustafayevanın ifasında olan Tionetta obrazının səhnədə maraqlı hərəkət vəjestləri, eləcə də rejisor traktofkasına uyğun olaraq təqdim olunmasıbaxımından maraq doğurur.

Tamaşa boyu aktrisa Lalə Məmmədinifasında Belina obrazı da maraqla izlənilir. Arqanın ikinci həyat yoldaşıBelina isə həyat yoldaşına məxsus var-dövlətin ələ keçirilməsi məqsədi ilə onaşirin dillər tökərək əzizləyir, hər zaman süni problemlər yaratmaqla ilk ailəsindənolan qızlarının monastra göndərilməsinə çalışır. Arqan isə bu nəvaziş vəaldadıcı şirin dillərə inanaraq ona məxsus olan bütün varidatını Belinaya vəsiyyətetməyə razılaşır. Belina notarius dostu olan De Bontua ilə (aktyor Pərvizİsmayılov) oyun qurub, mirası ələ keçirməyəhazırlaşır. Bütün bu hadisələr səhnədə aktrisanın ifasında tam olaraqtamaşaçıya maraqlı mizanları ilə təqdim olunur.

Aktyor Pərviz İsmayılov isə NotariusDe Bontua obrazında köməkçi xarakter olaraq diqqət mərkəzində olmağıbacarır. Tərəfmüqabili olaraq rejisor traktofkasının təqdimə çalışır və hadisələrfonunda maraqla izlənilir.

Tamaşada maraqlı səhnələrdən biri də qızının evliliyini də öz xəstəliyiüzərində qurmaq istəyən Arqanın Anjelikanı həkimi Purqonun (aktyor Fərahim Fətəliyev)qohumu, həkim olmağa hazırlaşan Tomas Diafuarusa (aktyor Qurban Rəsulov) ərəvermək istəyidir. Arqanın bu qohumluluq izdivacına razılıq verməsinin məqsədi səhətiilə bağlı olaraq daimi olaraq həkim nəzarətində olması istəyindən irəli gəlir.Qeyd etmək lazımdır ki, hadisələr fonunda həkim Purqon aktyor Fərahim Fətəliyevinvə Tomas Diafuarus obrazlarında aktyor Qurban Rəsulovun ifası da maraq doğurur.Hadisələrin fonunda bu qohumluluq əlaqələrinin yaranma istəyinin də onlar tərəfindənöz məqsədinin olduğu da tam olaraq aydın olur. Hər iki şəxs zadəgan bir ailə iləqohum olmaq və bu qohumluqdan faydalanmaq məqsədini ifaları vasitəsilədolğunluqla tamaşaçıya təqdim edə bilirlər.

Anjelika. Arqanın doğma qızı. Ögey anasının himayəsində atasınınyanında yaşamaq məcburiyyətində olan bu qız isə onu bir dələduzun əlindən xilasedən gənc Kleanta vurulub. Ancaq onların bu sevgisinə mane olmaq istəyənlərvar. Xüsusilə öğey anası olan Belina atasının ailə qurmaq təklifini qəbul etməyəngənc qızın monastıra göndərilməsinə israrlıdır. Arqan qızının hərəkətindən qəzəblənərək,onu monastıra göndərməklə hədələyir. Hadisələr cəryan etdikcə aktrisa Fidan Lətifovavəziyyətlər halından çıxış edərək baş verənləri daha dolğun bir formada səhnədətəqdim etməyə müvəffəq ola bilir.

Tamaşada respublikanın əməkdar artisti Rəhim Qocayevin ifasında Arqanınqardaşı olan Berald obrazı da maraqla baxılır. O, Arqanın gözünü açmağa çalışsada həyat yoldaşı Belina əksinə, onun doğrudanda xəstə olduğunu zehninə yeridirvə Purqon kimi dələduz həkimlərin əlində "təcrübə dovşanına” çevirir. Purqon isəArqanın azacıq da olsa müqavimətini gördükdə onu lənətləyir, Əczaçı Fleran ilə(aktyor Rəşad Rüstəmov) birləşərək müxtəlif xəstəliklərə yoluxacağı barədə məlumatlarverməklə onu hədələyirlər. Gənclərlə daima həmfikir olan Belard isə sonda təklifedir ki, qardaşı Arqan özü həkim olsun və bununla da özünü müalicə etsə dahayaxşıdır. Beləliklə, Arqan həkim olmağa qərar verir. Hadisələr olduqca maraqlaizlənilir, burada baş verən vəziyyətlərinhəmahəngliyi sona qədər tamaşçıda diqqət oyada bilir. Respublikanın əməkdarartisti Rəhim Qocayevin ifasında Berald obrazı uğurlu səhnə təqdimatı olaraqdiqqəti cəlb edir.

Həmçinin qeyd etmək lazımdır ki, tamaşa boyu respublikanın əməkdarartisti Akif Yusifovun ifasında cənabDiafuarus, aktrisa Nuranə Mirzəliyevanın ifasında Luiza obrazları da maraqlaizlənilir.

Əvvəldə də qeyd etdiyim kimi mövzusu savadsız vəbacarıqsız həkimlər olan iki hissəli tragifarsın-fars komediyanın əsas personajlarınınəksəriyyəti Molyerin müasirləridir. Hadisələr isə demək olar ki, tam olaraq həyatdangötürülərək Molyerin öz ətrafında baş verənlərdir. Şəki Dövlət Dram Teatrınınhazırladığı tamaşanın özəlliyi həm də ondan ibarətdir ki, tamaşaçılar "Xəstəliklərxəstəsi” pyesi fonunda Molyerin həyatının son anlarını da səhnədən izləyəbilirlər. Bütün bu sadalananlar isə tamaşanın quruluşçu rejisoru, respublikanınəməkdar incəsənət xadimi Mirbala Səlimlinin tarktofkasında daha dolğun birformada, geniş düşünülən və maraq doğuran səhnə mizanları ilə təqdim ediləbilir. Rejisor hər bir personajın səhnəyə ilk daxil olma anlarını maraqlı kölgəgörüntüsü ilə təqdim etməklə hadisələri daha da dinamik və effektiv baxışbucağında göstərməklə sanki xarakterlərin daxili aləmini ilk andaca göstərir. Bu da tamaşanın daha maraqla izlənməsinə şərait yarada bilir.Unutmaq olmaz ki, hər bir teatrın əsas uğuru rejisor işi ilə bağlıdır. Teatrınestetik baxımdan konsepsiyası, strateji hədəflərini isə demək olar ki, məhzistedadlı rejisor işi müəyyən edir. Teatrlarımızda yaranan nəhəng aktyor vərejisor boşluğunu isə yalnız bu kimi uğurlu quruluşların sayəsində çözülməklə məhzteatrlarımızın simasında hər hansı bir açıq polemikaları da bu kimiquruluşlarla müəyyən etmək mümkündür. Bu baxımdan Şəki Dövlət Dram Teatrında əməkdarincəsənət xadimi Mirbala Səlimlinin rejisor traktofkası hər zaman maraqla izlənilənsəhnə əsərlərinin toplusuna çevrilə bilir. Bu da onun rejisor duyumunun vətapıntılarının uğurudur. Tamaşa boyu cəryan edən hadisələrin fonunda bütünfaktların dəqiqliklə göstərilməsi üçün rejisor mənbə kimi Mixail Bulqakovun"Müqəddəs Kabbala” pyesindən və "Molyer” sənədli povestindən eləcə dəMolyerşünas Kristof Morinin "Molyer” tədqiqat əsərindən də öz traktofkasındaistifadə edib. Bu da tamaşanın uğurlu səhnə həllinə böyük imkanlar açıb.

Qeyd etmək istərdim ki, Şəki Dövlət Dram Teatrındagənc istedadların tapılaraq profesional səhnəyə gətirilməsi üçün "İkinci nəfəs”Teatr studiyası fəaliyyət göstərir. Təqdim olunan bu səhnə əsərində də əsasobrazların bir çoxunu məhz bu teatr studiyasının gənc aktyor heyəti tərəfindənoynanılması rejisor Mirbala Səlimlinin uğurlu personajların təqdimində maraqlaizlənilən quruluşu olaraq diqqəti cəlb edir.

Tamaşanın quruluşçu rəssamı Nicat Məmmədovun səhnətərtibatı öz əzəməti ilə maraqlı səhnə əsərinin yaranmasına yardımçı olmaqlabaş verən hadisələr daha dolğun aktyor mizanları ilə bir-birini tamamlamağa müvəffəqola bilir. Həmçinin geyim üzrə rəssam Sahib Əhmədovun esgizlərinin XVII əsrəaid geyim növlərinə uyğunlaşması hər bir personajın xarakterinə uyğun olaraqmaraqla izlənilir. Tamaşanın musiqi tərtibatı Zeynəb Orucovaya məxsusdur.Musiqilərin hadisələrin inkişaf prizmasından yanaşma mexanizmi üzrə təyinitamaşanın uğurlu səhnə traktofkasına yaxından yardımçı ola bilir.

Bütün bu sadalananlar isə bir daha Şəki Dövlət DramTeatrının 140 illik yubileyi ərəfəsində uğurlu və orjinal səhnə meyyarınınmeydana gəlməsindən xəbər verir.

Anar Burcəliyev

Teatrşünas