adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 May 2024 13:40
373
SİYASƏT

"Toyuq oğrularını siyasi məhbus kimi cəmiyyətə sırımaq istəyirlər" - Siyavuş Novruzov

"O insanlara sanksiya tətbiq olunması tələb olunur ki, həmin insanlar ləyaqətlə Azərbaycan dövlətçiliyinə, xalqına xidmət edirlər, ermənilərə qarşı mübarizə aparıblar".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib. 

Komitə sədri bildirib ki, ata və anasını tanımayan istər BENİLÜKS ölkələrinin, istərsə də Fransanın deputatları, o cümlədən Azərbaycanı xəritədə tapa bilməyən ABŞ Konqresinin üzvləri Azərbaycanda hansısa hakimlərin, kənd rayonunda işləyən müstəntiqin adını əzbər şəkildə müəyyən sanksiyalara təklif edir: "Burada oturanların əksəriyyəti heç o adamların ad-soyadın bilmir. Hakimləri təyin etdiyimizə görə səs veririk və bəzilərini tanıyırıq. Bu gün Azərbaycandan donos verən, məlumat ötürən o şəxslər - antimilli şura üzvləri, tiktoker Əli Kərimli, onun dəstəsi və digərləri özlərinin üzvü olan valyuta dəllalları, ev alverçiləri, toyuq oğrularını siyasi məhbus kimi yazıb cəmiyyətə sırımaq istəyirlər. Yaxud xaricdən maliyyə alıb Azərbaycan əleyhinə iş aparan jurnalistlər Azərbaycan dövlətinə, Ordusuna qarayaxma ilə məşğuldur. Azərbaycan yeganə ölkələrdəndir ki, 700 jurnalistə ev tikib verib".