Toyda çəkilən bu tip videoları internetdə paylaşmaq qadağan ediləcək - QƏRAR
Toy və yas mərasimlərində şəxsin arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin sosial şəbəkələrdə tirajlanması şəxsiyyət hüquqlarına müdaxilə hesab ediləcək.
Adalet.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli qərarında qeyd olunub.
Bildirilib ki, açıq və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə (yığıncaqlar, qurultaylar, konfranslar, konsertlər, tamaşalar, idman yarışları, toy və yas mərasimləri və s.) digər qanunla qadağan olunmayan məqsədlərlə çəkilişlərin aparılmasına, habelə yayılmasına şəxslərin razılığı tələb olunmur.
Lakin kütləvi tədbirlərdə konkret şəxsin onun üçün açıq-aydın arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin əsas obyekt kimi yayılması, habelə şərəf və ləyaqətini alçaldan tərzdə, yəni istehzalı, zarafat və ya lağ konteksində sosial şəbəkələr və ya digər vasitələrlə tirajlanması şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab ediləcək.
Digər Xəbərlər
24 Fevral 2026 16:19
Obyektlərə yoxlamaya gələnlər kimlərdir? - Nazirlikdən XƏBƏRDARLIQ
24 Fevral 2026 15:53
Bakıdakı 67 nömrəli marşrutun avtobusları yenilənir
24 Fevral 2026 14:03
Naxçıvanda 40 subartezian quyu qazılacaq - SƏRƏNCAM
24 Fevral 2026 13:55
Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür
24 Fevral 2026 13:51
Fuat Oktay Bakıda Türk Şəhidliyini ziyarət edib
24 Fevral 2026 12:45
“Bolt”da rüşvətxorluq iddiaları - Rəhbər şəxslər işdən çıxarıldı - VİDEO
24 Fevral 2026 11:04
Sosial şəbəkələrdə yayılan iddialar əsassızdır - Baş Prokurorluq
24 Fevral 2026 10:51


Bakı -°C

