Obyektlərə yoxlamaya gələnlər kimlərdir? - Nazirlikdən XƏBƏRDARLIQ
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz yoxlamalarla bağlı əhaliyə müraciət edib.
Bu barədə Adalet.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, son dövrlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz istifadə olunması halları qeydə alınır:
"Belə ki, Mərkəzin adından çıxış edən bəzi şəxslər Bakı şəhərinin müxtəlif rayonlarında, eləcə də respublikanın digər bölgələrində fəaliyyət göstərən obyektlərə yaxınlaşaraq sanitar-epidemioloji vəziyyətin guya qənaətbəxş olmadığı barədə əsassız iddialar irəli sürür, dezinfeksiya, dezinseksiya, deratizasiya və digər xidmətlərin həyata keçirilməsinin zəruri olduğunu bildirir, əks təqdirdə inzibati məsuliyyət tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdarlıq edirlər.
Bununla əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən dövlət sanitariya-epidemioloji nəzarəti çərçivəsində yoxlamalar yalnız qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu zaman vəzifəli şəxslər mütləq qaydada öz xidməti vəsiqələrini təqdim etməli, həmçinin sahibkarlıq subyektlərinə münasibətdə yoxlamanın aparılması barədə qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması haqqında çıxarışı təqdim etməlidirlər.
Rəsmi yoxlamalar yalnız Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətli əməkdaşları tərəfindən və müvafiq hüquqi əsaslar mövcud olduqda aparılır. Mərkəzin adından istifadə etməklə hər hansı kommersiya xidmətlərinin təklif edilməsi və ya hədə-qorxu yolu ilə ödəniş tələb olunması qanunsuzdur.
Vətəndaşlardan və sahibkarlıq subyektlərindən belə hallarla qarşılaşdıqda dərhal aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 9103 qaynar xətti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421-13-93 nömrəsi və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti vasitəsilə məlumat vermələri xahiş olunur.
Səhiyyə Nazirliyi bir daha vətəndaşları diqqətli olmağa, bu kimi hallara qarşı həssas yanaşmağa və yalnız rəsmi dövlət qurumlarının təqdim etdiyi məlumatlara etibar etməyə çağırır".
Digər Xəbərlər
24 Fevral 2026 18:17
PA-da vətəndaş qəbulunun mart CƏDVƏLİ
24 Fevral 2026 18:02
Adam var ki...
24 Fevral 2026 16:08
Toyda çəkilən bu tip videoları internetdə paylaşmaq qadağan ediləcək - QƏRAR
24 Fevral 2026 15:53
Bakıdakı 67 nömrəli marşrutun avtobusları yenilənir
24 Fevral 2026 14:03
Naxçıvanda 40 subartezian quyu qazılacaq - SƏRƏNCAM
24 Fevral 2026 13:55
Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür
24 Fevral 2026 13:51
Fuat Oktay Bakıda Türk Şəhidliyini ziyarət edib
24 Fevral 2026 12:45


Bakı -°C

