adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Aprel 2020 08:22
27213
ŞOU-BİZNES

Toy müğənnilərindən toy sahiblərinə: “Karantində olan-qalan pulunu da xərcləyib...”

Karantin dövrü hamımıza maddi cəhətdənöz zərbəsini vurdu. Xüsusən şou-biznes nümayəndələri qazanclarından geriqaldılar. Bəli, toy və el şənliklərinin ləğv edilməsi, bir sıra sahələr kimimüğənnilərin də "bazar"ını vurdu. Deyilənlərə görə, bəzi müğənnilərin yeni mövsüm üçün toy qiymətləriniqaldırdıqlar planları var. Daha doğrusu artıq”dedi-qodu” su da yayılıb. Ölkədəkarantin rejimini bitdikdən sonra yenə toy mövsümü öz çal-çağırı ilə geri dönəcəksə,qiymətlər qalxacaqmı, düşünən toy sahiblərinə yaxşı xəbərlərimiz var.

Məsələn , müsahibələrinin birindəmüğənni Nura Suri:"Karantindən sonra toy qiymətlərimdə endirim edəcəyəm”–deyə açıqlama vermişdi.

Sonra isə onun həmkarı müğənni Mətanət Əsədovada toy qiymətləri haqqında öz planlarından danışdı: "Təki hər zaman toyolsun. Qaldı ki, müğənnilərin toy qiymətininbahalaşmasına, bu, hər kəsin şəxsi işidir, ona hər kəs özü qərar verəcək. Kimistəsə, qiymətdə dəyişiklik edib bahalaşdıracaq. Öz adıma deyə bilərəm ki,yaxın gələcəkdə belə bir fikrim yoxdur".



Yadımızdan çıxmamış məşhurprodüser Təranə Səmədovanın Nura xanımın"toy qiymətlərimdə endirim edəcəyəm” açıqlamasına müzakirələrə səbəb olacaq şərhini sizə çatdıraq:

"Nuranın fikrinə hörmətləyanaşıram. Bu, onun subyektiv fikridir. Nura qiyməti endirirsə, bu, onun şəxsiişidir. Ammavallah, elə müğənni tanıyıram ki, fəxri adı olmasa da,toylarda qaz vurub, qazan doldurur. İyul ayında toy olacaq, ora həmin müğənniniçağırmaq istəyirlər. Zəng vurub, qiymətini öyrəndim. Söylədi ki, karantindənsonra toy qiymətini qaldırıb. İnanın, eşidəndə çox təəccübləndim. Axı, indi ozaman deyil”.



Baxaq,başqaları nə düşünür?

Son günlərin qalmaqaldan başı səngiməyənmüğənnisi Manaf Ağayev də deyib ki, xalqımızın maddi vəziyyətinin yaxşıolmadığı bir zamanda heç bir müğənni qiymət qaldırmaz. Əksinə, toy qiymətlərindəendirim olmalıdır.


Manafın həmkarlarından NadirQafarzadə, Əməkdar artist, xanəndə Elnarə Abdullayeva, Əməkdar artist Nüşabə Ələsgərliqiymətlərdə artım olmayacağını vurğulayıblar. Amma endirim olacağını heç dillərinə də gətirməyiblər.Amma zənnimizcə, bütün qiymət qaldıranlar və endirim etməyənlər müğənni TacirŞahmalıoğlundan örnək götürsələr yaxşı olar. Sevilən müğənni mediaya belə biracıqlama verib: "Əhali karantində olan-qalan pulunu da xərcləyib bitirib. Camaatınimkanına görə də hərəkət etmək lazımdır. Mən hər zaman xalqımın, millətiminimkanına görə hərəkət etmişəm. Bəlkə də, bu, məndə Allah vergisidir. Mən insanabaxan kimi bilirəm ki, hansı gücə, imkana malikdir. Əgər bir insanın gücü 5manat verməyə çatırsa, ondan 10 manat istəməyin mənasıyoxdur. Bəzi müğənnilər var ki, məndən yüksək qiymətə toya gedirlər, ancaq mənimayağımın bildiyini onların başı bilmir".

Bütün çatışmamazlıqlara -qiymət atrımına, karantinə,virusa baxmayaraq, təki həmişə toyolsun! 

Əntiqə Rəşid