Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu

Sosial şəbəkələrdə toy karvanında “Tofaş” markalı avtomobilin sürücüsünün digər hərəkət iştirakçılarına məhəl qoymayaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtoxuliqanlıq etməsini özündə əks etdirən görüntülər yayılıb.
Adalet.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə sürücü 28 yaşlı Nurlan Səfərli müəyyən edilərək saxlanılıb. Sürücü barəsində tədbir görülüb və toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə N.Səfərlinin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs olunub.
Digər Xəbərlər

Azərbaycan-İran sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanıldı

Cinayətdə şübhəli bilinən 29 nəfər saxlanıldı

Toy günü dostu və dayısı ilə birlikdə bıçaqlandılar - TƏFƏRRÜATLAR - VİDEO

Ağsuda narkotik satışı ilə məşğul olan şəxs tutuldu

Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı

İsmayıllıda TOYDA dəhşət: Bəy və 3 nəfər bıçaqlandı – FOTO - TƏFƏRRÜAT

Oğurluq edən şəxsin avtomobilindən narkotik aşkarlandı - VİDEO
