Tovuz-Qazax-Ağstafa seçki dairəsində bir məntəqədə səsvermənin nəticəsi ləğv edildi
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Adalet.az-ın məlumatına görə, həmin dairədən deputatlığa namizəd Mütəllim Rəhimov MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.
MSK üzvü Ramiz İbrahimov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 21 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. R.İbrahimov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
Digər Xəbərlər
30 Aprel 2024 18:36
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Aprel 2024 16:18Şuşaya qayıdış başlanır
30 Aprel 2024 16:18Baş nazir: "Salome Zurabişvili satqındır, xəyanətkardır"
30 Aprel 2024 14:12İtkin şəxslərdən 253 nəfəri Ermənistanda saxlanılıb - RƏSMİ
30 Aprel 2024 13:43